Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları tərəfindən Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlili aparılıb.
Təhlildə 2023-cü ilin iyunundan 2024-cü ilin avqustuna qәdәr olan dövrdә MDB-yə daxil olan Azәrbaycan, Ermәnistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan vә Özbәkistanda internet performans göstәricilәri әtraflı araşdırılıb.
Eyni zamanda “Ookla”nın hər ay açıqladığı “Speedtest Global Index” mәlumatlarından istifadә edilәrәk median vә orta (mean) göstәricilәr әsasında sabit genişzolaqlı vә mobil internet sürәtlәri, hәmçinin gecikmә (latency) tәhlil edilib.
Sözügedən dövr ərzində sabit genişzolaqlı internetin orta “download” sürətinin ən yüksək artımı (76,25%) vә orta “upload” sürətinin ən yüksək artımı (68,38%) Azərbaycanda müşahidə olunub. Qeyd edək ki, təhlil dövründə Azərbaycanda internet abunəçilərinin sayı 2,1 milyondan çox olub.
İllik müqayisədə mobil internetin sürətində də artım mövcuddur. Belə ki, 2023-cü ilin sentyabrında ölkəmizdə mobil internetin median sürəti (download) 44,88 Mb/s olduğu halda bu ilin analoji dövründə həmin göstərici 23,93% artaraq 55,62 Mb/s-yə çatıb.
Qeyd edilən dövr üzrə mobil internetin median sürəti (upload) 2,09 Mb/s, yaxud 15,94% yüksələrək 13,11 Mb/s-dən 15,20 Mb/s-yə çatıb. Bu göstəricilər isə faktiki olaraq ölkəmizin 8 pillə irəliləyərək 56-cı yerdən 48-ci pilləyə qalxması deməkdir.
Cari təhlildə Azәrbaycanın internetin orta sürәti ilә bağlı qoyduğu hәdәflәrә 2024-cü ilin yanvar ayından nail olduğu hüquqi cәhәtdәn vә mәlumat bazası әsasında sübuta yetirilib.
Xüsusәn “Ookla”nın internetin orta sürəti ilә bağlı indikatorlarda dәyişiklik etmәsinin orta sürәt anlayışı ilә bağlı necә anlaşılmazlıq yaratdığı göstәrilib.
Qeyd edək ki, 2023-cü ilin aprel ayından etibarәn “Ookla” orta sürәt mәlumatları əvəzinə, median sürәtlәrin tәqdim edilmәsinә başlayıb.
Buna baxmayaraq xüsusi proqram vasitәsilә orta sürәt mәlumatları әldә edilib vә әldә olunan mәlumatların müqayisәli statistik tәhlili aparılıb.
Tәhlillәr göstәrir ki, Azәrbaycan internet göstәricilәrindә әhәmiyyәtli irәlilәyişlәr nümayiş etdirib. Belə ki, Azәrbaycan son bir ildә baxdığımız bütün göstәricilәr üzrә yalnız irәlilәyiş әldә edib vә heç biri üzrә gerilәmәmiş üç MDB ölkәsindәn biridir.
Qeyd edək ki, bu hesabat tәdqiqatçılar üçün MDB regionunda internet bağlantısının cari vәziyyәtini vә perspektivlәrini anlamağa yardım edәcək.
Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.