Agentlik haqqında
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumdur.
İKTA Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə publik hüquqi şəxs statusu ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb. Qurumun nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib.
Agentlik 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.
Fəaliyyət istiqamətləri
• Tənzimləmə
• Nəzarət
• Spektr idarəçiliyi
Fəaliyyət sahələri
• Telekommunikasiya
• Poçt
Missiya - Şəffaf, etibarlı, məsuliyyətli və bütün tərəflərlə əməkdaşlıq edən istehlakçı yönümlü telekommunikasiya və poçt xidmətləri tənzimləyicisi olmaqdır.
Vizyon - Hər kəs üçün yüksək keyfiyyətli və əlçatan xidmətlərin olduğu rəqəmsal mühitin yaradılmasında iştirak etməkdir.
Hesabatlılığımız
• İKTA-nın fəaliyyətinə dair illik hesabat RİNN-ə təqdim edilir.
• İKTA maliyyə hesabatlarını qanunvericilikdə müəyyən edilmiş qaydada tərtib, təqdim və dərc edir.
• İKTA öz hesabatlarını rəsmi saytında dərc edir.
• İKTA öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.