Azərbaycanın mobil operatorları haqqında ümumi məlumat
Azərbaycan ərazisində mobil rabitə xidmətləri göstərən 4 əsas şirkət var:
✔ Azercell
✔ Bakcell
✔ NarMobile
✔ Naxtel
2023-cü ilin yanvar ayına olan məlumata görə, Azərbaycan ərazisinin
✔ 99,8%-i 3G mobil genişzolaqlı şəbəkəsi
✔ 94%-i isə 4G mobil genişzolaqlı şəbəkəsi
ilə əhatə olunub.
Azercell
"Azercell Telekom" MMC ən çox bazar payı və 4.5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil
operatorudur. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan
Respublikasının Rabitə Nazirliyi olub. "Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilib və həmin
ilin
dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. 1998-ci ildə
Azercell
dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk
şirkətlərdən biri olub.
1 aprel 2008-ci ildən etibarən "Azercell Telekom" MMC adlanmağa başlayıb. Azercell beynəlxalq Telia Company
şirkətlər qrupunun tərkibində olub. Telia Company-nın Avrasiyada mobil rabitə sahəsində telekommunikasiya
holdinqlərindən biri olub. 2008-ci ildən Azercell şirkətinin sərmayədarı Türkiyənin "Azertel
Telekomünikasyon ve
Yatırım Dış Ticaret A. Ş," şirkəti olub. Payları tam olaraq Azərbaycan dövlətinə məxsus olan "Azerbaijan
International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən
yaradılmış "Fintur Holdings B. V." şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyədə təsis edilmiş və
"Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisi olan "Azertel Telekomünikasyon Yatırım
Dış
Ticaret A. Ş." ("Azertel") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanıb.
Şirkət GSM, UMTS və LTE texnologiyaları üzrə xidmət göstərir.
Bakcell
Bakcell - GSM standartlı mobil rabitə operatoru, Azərbaycanda ilk mobil rabitə xidmətləri göstərən
şirkətdir.
"Bakcell" şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə
92,6%-ni əhatə edir. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun investorlarından biri olan Bakcell 3
milyondan artıq abunəçini telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir. 4G şəbəkəsi
sayəsində, bu gün Azərbaycanın əksər şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası istisna olmaqla)
yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi mobil internet xidmətlərindən yararlanmaq imkanına
malikdirlər. Bakı metrosunda 4G internet xidmətlərini göstərən ilk mobil operatordur.
Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan NEQSOL Holding-ə
daxildir.
NarMobil
Nar - Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan
əmtəə
nişanıdır.
Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib. 2007-ci il mart 21-də “Nar Mobil” əmtəə nişanı
ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən
sərfəli qiymətləri təklif etdi. 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən
mobil operator olub. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24
milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)
xidmətini təqdim edib.
Naxtel MMC
NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. ”NAXTEL” 4-cü
nəsil GSM + LTE operatorudur.
Öz nizamnaməsi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 7
sentyabr 2015-ci il tarixli 0001503 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Hazırda 130 baza
stansiyası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. Hər bir baza
stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilmiş və saniyədə 1GB
informasiya daşıya bilən avadanlıqlar qurulmuşdır. NAXTEL 4G mobil şəbəkəsində 800 Mhz, 900 Mhz və 1800 Mhz
tezlik diapozonlarının hər üçündən istifadə olunur. Milli və beynəlxalq rominq əlaqələri NAXTEL 4G-nin
dünyanın 10-dan artıq ölkəsində fəaliyyətini təmin edir. Buraya səs, data və SMS xidmətləri daxildir. NAXTEL
MMC−NİN məqsədi müasir texnologiyalardan istifadə etməklə vətndaşlarımıza yüksək keyfiyyətli mobil xidmətlər
təqdim etməkdir.
NAXTEL MMC−nin məqsədi müasir texnologiyalardan istifadə etməklə vətndaşlarımıza yüksək keyfiyyətli mobil
xidmətlər təqdim etməkdir.