• Telefon (məftilli)
“Bakı Telefon Rabitəsi” MMC (Baktelekom)
2001-ci il may ayının 10-da “Bakı Telefon Rabitəsi” MMC-nin internet provayderi olan “Bakİnternet”in əsası qoyulub və şirkət genişzolaqlı internet xidmətləri təqdim etməyə başlayıb. "BTR" MMC 1, 2, 3, 4, 5 və 6 saylı Rabitə Xidmətləri Mərkəzləri, o cümlədən Şəbəkə xidmət mərkəzləri vasitəsilə əhaliyə xidmət göstərir.

Rabitə qurğularının layihələndirilməsi sahəsində ixtisaslaşmış təşkilat olan “Azərrabitəlayihə” MMC, eləcə də telekommunikasiya operatoru “Azeurotel” MMC "Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyində fəaliyyət göstərir.

2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunub və adını dəyişərək “Bakı Telefon Rabitəsi” MMC-yə çevrildiyini elan edib.

“Baktelekom” Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir. “Baktelecom” şəbəkəsinin stansiyalararası bağlantıları 100% optik səviyyədə təşkil olunub, böyük tutumlu stansiyalararası rabitənin alternativliyi 100 faizə, digər stansiyalar üzrə isə 90 faizə çatdırılıb.

Baktelekom şəbəkəsi telefonlarının 40,6 faizinin xətləri üzərindən genişzolaqlı sürətli internet xidmətləri göstərilir. “Baktelecom” şəbəkəsi ATS-lərində quraşdırılmış telefon nömrə tutumu 728588 ədəd nömrə təşkil edir və bütün ATS-lər elektron tiplidir. Şəbəkədə quraşdırılmış tutumların 624919 nömrəsi və ya 85,8 % abunəçilərin istifadəsinə verilib.
“Aztelekom” MMC
1992-ci ilin avqust ayında Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi, Azərbaycanın bütün bölgələrində bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılıb. 2004-cü ildə “Aztelekom”un internet provayderi yaradılıb. Bu gün "Aztelekom" MMC ən ucqar kəndlər də daxil olmaqla, respublikanın regionlarında genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində müxtəlif layihələr və tədbirlər həyata keçirir. "Aztelekom” MMC tərəfindən 2005-ci ildə portativ daşınan telefon CDMA simsiz rabitə xidməti istismara verilib. “Aztelekom” MMC ölkənin bütün regionlarında (Bakı şəhəri və Naxçıvan MR istisna) əhalini stasionar telefon xidməti ilə təmin edir.

Azərbaycanda telefon rabitəsi sahəsində lisenziyalı fəaliyyət göstərən digər şirkətlər aşağıdakılardır: