Telekommunikasiya və poçt xidmətləri göstərən şirkətlər qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən edirlər.
Azərbaycanda telekommunikasiya və poçt xidmətlərinin tariflərinin müəyyən edilməsində aşağıdakı dövlət qurumları iştirak edir:
İKTA, tənzimləyici qurum olaraq, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, telekommunikasiya və poçt xidmətləri sahələrinə aid olan məsələlərə dair tarif siyasətinin formalaşdırılması ilə bağlı, habelə bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin təkliflər verir, müvafiq sahədə razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsində iştirak edir.
● Azərbaycanda radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası