İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər. Uçotun aparılması proseduru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası” əsasında həyata keçirilir.

Məqsəd internet xidməti sahəsində məlumatların toplanması, ümumiləşdirilməsi, həmçinin tənzimlənən sahədə vəziyyətin öyrənilməsi və istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsidir. 

Uçota alınmış şirkətlərin siyahısı ilə həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytında da tanış olmaq olar.


"İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması" xidmətinə keçid ➥