• ANA SƏHİFƏ
  • İKTA HAQQINDA
    • İKTA haqqında
    • Nizamnamə
    • Struktur
    • Beynəlxalq fəaliyyət
    • Hesabatlar
    • Karyera
  • HÜQUQİ AKTLAR
      Konstitusiya
    • Qanunlar
    • Fərmanlar
    • Sərəncamlar
    • Nazirlər Kabinetinin qərarları
    • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarları
  • İSTEHLAKÇILAR
      İstehlakçıların hüquqlarının qorunması
    • Xidmət provayderinə müraciət et
    • İKTA-ya müraciət et
  • FƏALİYYƏT
      Operator və provayderlərin uçotu
    • Arabağlantı
    • Nömrə resursu
    • Universal telekom xidmətləri
    • Lisenziya
    • Sertifikatlaşdırma
    • Spektr idarəçiliyi
    • Tariflər
    • Poçt xidmətləri
    • Mübahisələrin həlli
    • Sağlam rəqabət
    • Xidmətin keyfiyyəti
    • Şikayət indeksi
  • ELEKTRON XİDMƏTLƏR
  • MEDİA
    • Xəbərlər
    • Bizim haqqımızda media nə yazır
    • Fotoqalereya
    • FAQ
      E-Şikayət
  • ƏLAQƏ
    • ● İstehlakçı kimdir?

    İstehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.

    • ● Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi

    Azərbaycanda istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirən qanun “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanun və digər normativ-hüquqi aktlardır. Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənib və Azərbaycanda belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilib.

    İstehlakçıların hüquqları həmçinin Mülki Məcəllə ilə də qorunur.

    • ● Azərbaycanda telekommunikasiya istehlakçılarının hüquqları hansılardır?

    Azərbaycanda telekommunikasiya sahəsində istehlakçı hüquqları əsasən “Telekommunikasiya haqqında” Qanunun “Abunəçilərin hüquq və vəzifələri”, “Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər” maddələri ilə qorunur. Ölkədə hər bir telekommunikasiya istehlakçısı operatoru, provayderi sərbəst seçə bilər və keyfiyyətli telekommunikasiya xidmətləri tələb edə bilər.

    Hər hansı bir xidmətdən narazı qaldıqda, istehlakçılar operatordan, provayderdən şikayət edə bilər.

    • ● Telekommunikasiya xidməti göstərən provayderin, operatorun abunəçisi ilə bağladığı müqavilədə nə əks olunmalıdır?

    Azərbaycanda telekommunikasiya sahəsində fəaliyyət göstərən operator, provayder xidməti abunəçisi ilə bağlanan müqavilə əsasında həyata keçirir. Operator, provayder müqaviləyə abunəçinin məxsusiləşdirmə kodu, son avadanlığının qoşulma ünvanı, xidmətin ödənilmə qaydası, son avadanlığının telekommunikasiya şəbəkəsinə qoşulmasının və istifadəsinin müddəti (vaxtı) və şərtləri, müqavilənin dayandırılmasının və ləğv edilməsinin şərtləri, tərəflərin vəzifələri, hüquqları və məsuliyyəti, xidmətlərin keyfiyyətinə dair tələblər, abunəçiyə təklif olunan texniki qulluq haqqında məlumatları əlavə etməlidir.

    Bundan başqa, mübahisələrə baxılma qaydası, abunəçi barədə məlumatların sorğu-məlumat mənbələrində göstərilməsinə onun razılığına (etirazı) dair bəndlər də öz əksini tapmalıdır.

    Müqavilə Azərbaycan dilində bağlanılmalıdır.

    • ● İKTA-nın telekommunikasiya istehlakçılarının hüquqlarının qorunmasında rolu

    İKTA tənzimləyici qurum kimi telekommunikasiya və poçt sahəsində bütün istehlakçıları maarifləndirmək, məlumatlandırmaq və telekommunikasiya və poçt sahəsində nəzarəti, o cümlədən keyfiyyətə nəzarəti həyata keçirməklə, müvafiq sahələrdə istehlakçı şikayətlərinə baxılması üzrə tədbirlər görür.




Keçidlər

İKTA haqqında Struktur Nizamnamə Beynəlxalq əməkdaşlıq Sayt xəritəsi

İstehlakçılar

İstehlakçıların hüquqlarının qorunması Xidmət provayderinə müraciət et İKTA-ya müraciət et

Fəaliyyət

Operator və provayderlərin uçotu Arabağlantı Nömrə resursu Universal telekom xidmətləri Mübahisələrin həlli Sağlam rəqabət

Kontaktlar

Baş ofis

Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 AZ1000

Telefon

+994 (012) 498-11-22

E-mail

office@icta.az
Bizi sosial şəbəkələrdən izləyin:
© 2023 İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi. Bütün hüquqlar qorunur!