Yay Təcrübə Proqramı
Proqramda iştirak etmək üçün namizədlərə qoyulan minimal tələblər:
- Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsi və ya 1-ci və 2-ci kurs magistratura pilləsi üzrə təhsil;
- Magistratura pilləsində təhsil alan namizədlərin bakalavr pilləsi üzrə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır.
Proqramın istiqamətləri:
- Tənzimləmə
- Radiospektr idarəçiliyi
- İnformasiya texnologiyaları
- Hüquq
- Xidmət bazarlarına nəzarət və istehlakçı hüquqları
- İctimaiyyətlə əlaqələr
Təcrübə proqramının üstünlükləri:
- Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək;
- Telekommunikasiya sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı;
- Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertifikatın verilməsi.
Proqramda iştirak etmək üçün seçim mərhələləri:
- Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması
- Müsahibə
- Namizədlərin tapşırıq əsaslı qiymətləndirilməsi
Proqramda iştirak üçün 2025-ci il 29 aprel – 19 may tarixləri arasında müraciət edə bilərsiniz.
Yay Təcrübə Proqramı 1 iyuldan 29 avqusta qədər davam edəcək.