Yay təcrübə proqramı

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2024-cü ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün Yay Təcrübə Proqramı təşkil edilir.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan minimal tələblər:

  • • Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində kompüter elmləri, informasiya texnologiyaları, radiotexnika və telekommunikasiya mühəndisliyi, kommunikasiya sistemləri, kompüter mühəndisliyi, iqtisadiyyatın dövlət tənzimlənməsi və ya idarəetmə, hüquqşünaslıq (beynəlxalq hüquq) ixtisas istiqamətləri üzrə ali təhsil;
  • • Cari tədris ilinin yaz semestri üzrə, məzunlarda isə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır.
  • • Yüksək səviyyədə ingilis dili biliyi
  • • Rus dili biliyi arzu olunandır;
  • • Microsoft Office” proqramları ilə işləmə bacarığı (Word, Excel və.s)
  • • Yeniliklərə açıq, öyrənməyə həvəsli;
  • • Yüksək kommunikasiya bacarığı, komanda işi, analitik bacarıqlar;
  • • Kreativ və innovativ düşüncəli olmalı;

Təcrübə proqramının üstünlükləri:

  • • Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək;
  • • Telekommunikasiya sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı;
  • • Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertifikatın verilməsi;
  • • Təcrübə proqramını uğurla tamamlayan tələbələrin işə qəbulla bağlı dəyərləndirilməsi;

Proqramda iştirak etmək üçün seçim mərhələləri:

  • • Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması;
  • • Müsahibə:
    -Tanışlıq xarakterli suallar (Ice Breaker)
    -Texniki suallar (Technical)
    -Səriştənin dəyərləndirilməsinə dair suallar (Competency-based)
  • • Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertifikatın verilməsi;
  • • Təcrübə proqramını uğurla tamamlayan tələbələrin işə qəbulla bağlı dəyərləndirilməsi;

Proqramda iştirak etmək üçün sənəd qəbulu hr@icta.az elektron poçt ünvanı vasitəsilə 06 may 2024-cü il tarixindən 31 may 2024-cü il tarixinədək həyata keçiriləcək.

Yay təcrübə proqramının müddəti 28 iyun 2024-cü il tarixindən 28 avqust 2024-cü il tarixinədək davam edəcək.

Seçimlərdən uğurla keçən namizədlər iki ay boyunca (28 iyun-28 avqust) keçiriləcək proqram çərçivəsində siz maraqlı layihələrdə iştirak edərək real təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, ən əsası isə İKTA-da işlə təmin olunma şansını əldə edəcəklər!

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Maraqlanan namizədlər öz CV-lərinin mövzu hissəsinə “Yay Təcrübə Proqramı” yazaraq tələbə biletini və akademik transkripti mütləq qaydada fayl şəklində əlavə edərək hr@icta.az ünvanına göndərə bilərlər.

Müraciətləri qəbul edilən namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcəkdir.

Tələbələri yay təcrübə proqramımıza qoşularaq, bu fürsətdən yararlanmağa dəvət edirik!


Vakansiya: Market analyst

Publik hüquqi şəxs statuslu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində* mövcud Xidmət bazarlarına nəzarət və istehlakçı hüquqları departamentinin Xidmət bazarlarına nəzarət şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul ilə əlaqədar sənəd qəbulu elan edilir:

Namizədlərə dair minimal tələblər:

  • • Ali, iqtisadi təhsil
  • • Tənzimləmə və nəzarət funksiyaları olan qurumlarda (requlyator) iş təcrübəsi;
  • • Məlumatların toplanması, saxlanılması və modelləşdirilməsi üzrə iş bacarığı
  • • İngilis dilində təhsil arzuolunandır
  • • Magistr dərəcəsi;
  • • Yüksək səviyyədə işgüzar İngilis dili biliyi;
  • • Microsoft Ofis proqramları ilə işləmə bacarığı (Word, Excel)
  • • Əlavə xarici dil biliyi;

Əlavə üstünlüklər:

  • • Bazarda rəqabətin qiymətləndirilməsi məqsədilə məlumatların toplanması və təhlili;
  • • Tendensiyaların müəyyənləşdirilməsi, strategiyaların hazırlanması;
  • • Analitik iqtisadi təhlil, bazar araşdırması və hesabatların hazırlanması üzrə bilik və bacarıqlar arzuolunandır;
  • • Telekommunikasiya sahəsində iş təcrübəsi arzuolunandır;

Vəzifə öhdəlikləri:

  • • İstehlakçılar, provayderlər və telekommunikasiya bazarının vəziyyəti haqqında məlumatları toplayaraq hesabatlar və təqdimatlar hazırlamaq;
  • • Rəqabət prinsiplərindən istifadə edərək elektron rabitə bazarlarının məhsul və coğrafi sərhədlərinin müəyyənləşdirilməsi;
  • • Xidmət təminatçısının bu cür bazarlarda əhəmiyyətli bazar gücünə (SMP) sahib olub-olmadığını müəyyən etmək üçün elektron rabitə bazarları daxilində rəqabətin miqyasının qiymətləndirilməsi;
  • • Müvafiq tənzimləyici öhdəlikləri/ müdaxilələri işləyib hazırlamaq və tətbiq etmək;
  • • Bazar tendensiyalarını anlamaq və potensial müştərilərin seçimlərini aşkar etmək üçün sorğular tərtib etmək;
  • • Statistik məlumatları toplamaq üçün müasir və ənənəvi metodlardan istifadə etməklə təhlil etmək;
  • • Onlayn bazar araşdırmasından istifadə etmək;
  • • Bazar trendləri, müxtəlif tərəflərin araşdırmaları və ən yaxşı təcrübələrini öyrənmək və tətbiq etmək;

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər. Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə “Market analyst” yazaraq hr@icta.az emailinə göndərə bilərlər.

*Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Agentlik informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir (Milli Tənzimləyici Qurum) və nizamnaməsi  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı (https://e-qanun.az/framework/52626) ilə təsdiq edilib.

Vakansiya: Hüquqşünas

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (publik hüquqi şəxs) “Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir!

Namizədlərə dair minimal tələblər:

  • • Hüquqşünaslıq (beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;
  • • Hüquq sahəsində ən azı 2 il iş təcrübəsi;
  • • Yüksək səviyyədə işgüzar İngilis dili biliyi.

Əlavə üstünlüklər:

  • • Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;
  • • Telekommunikasiya hüququ, inzibati (publik) hüquq, rəqabət hüquq sahəsində iş təcrübəsi;
  • • Tənzimləmə və nəzarət funksiyaları olan qurumlarda (requlyator) iş təcrübəsi;
  • • Beynəlxalq təşkilatlarla twinning, texniki dəstək və s. layihələrdə iştirak təcrübəsi;
  • • Analitik hüquqi təhlil, yazı, legal design bacarıqları;
  • • Xarici təhsil;
  • • Magistr dərəcəsi;
  • • Əlavə xarici dil biliyi.

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər. Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq hr@icta.az emailinə göndərə bilərlər.

Son müraciət tarixi: 10 noyabr 2023

*Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Agentlik informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir (Milli Tənzimləyici Qurum) və nizamnaməsi  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı (https://e-qanun.az/framework/52626) ilə təsdiq edilib.