- ● Telekommunikasiya sahəsində sertifikatlaşdırma
✔ İKTA telekommunikasiya sahəsində sertifikatlaşdırmanın təşkilini həyata keçirir;
✔ Ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır;
✔ Qanunvericiliklə müəyyən edilmiş uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümum istifadəli telekommunikasiya şəbəkələrində istismarına yol verilmir;
✔ Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir;
✔ Ümum istifadəli telekommunikasiya xidmətlərinin sertifikatlaşdırılması könüllü qaydada aparılır;
✔ Telekommunikasiya fəaliyyəti sahəsində sertifikatlaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması” Qaydaları ilə müəyyən edilir.