- ● Arabağlantı
Arabağlantı effektiv telekommunikasiyanın inkişafı üçün olduqca önəmlidir.
Arabağlantı bir şəbəkəyə qoşulmuş istehlakçıların digər şəbəkənin xidmət göstərdiyi istehlakçıları ilə
əlaqə saxlamasına imkan verən şəbəkə operatorları arasında texniki və əməliyyat təlimatları, hüquqi qaydalar
toplusudur. (Mənbə: Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ))
- ● Azərbaycanda operatorlar arasında arabağlantı münasibətləri necə tənzimlənir?
Azərbaycanda telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir. Telekommunikasiya fəaliyyətinin istiqamətlərindən biri də ölkədə fəaliyyət göstərən operatorlar arasında arabağlantı münasibətlərinin tənzimlənməsidir.
- ● İKTA-nın arabağlantı münasibətlərinin tənzimlənməsində rolu
İKTA-nın əsas fəaliyyət istiqamətlərindən biri də telekommunikasiya operatorları arasında arabağlantı şərtlərinin müəyyən edilməsi, bu sahədə fəaliyyətin tənzimlənməsi, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görməkdir.
- ● Arabağlantı müqaviləsi
Azərbaycanda operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə əsasında həyata keçirirlər.
Arabağlantı müqaviləsində texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalıdır.
Operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır.
Ümumistifadəli telekommunikasiya şəbəkəsi operatorlar arasında bağlanan arabağlantı müqavilələr əsasında istifadəçilərə vahid prinsiplərlə telekommunikasiya xidmətləri göstərmək üçün təşkil edilir.