Fəaliyyətə başladığı dövrdən etibarən, İKTA telekommunikasiya sahəsinin tənzimlənməsində qabaqcıl və innovativ xarici təcrübələrin hərtərəfli öyrənilməsinə başlayıb. Agentlik bu sahədə fəaliyyət göstərən xarici tənzimləyicilərin hüquq və vəzifələrini, səlahiyyətlərini və məsuliyyətini müəyyən edən beynəlxalq sənədlərin, məcəllələrin, ən yeni normativ-hüquqi sənədlərin və çoxsaylı elmi mənbələr əsasında təhlillər aparıb, onların milli qanunvericiliyə uyğunlaşdırılması təşəbbüsləri imkanlarını araşdırıb.
Agentlik beynəlxalq əməkdaşlıqda ilk addım kimi Beynəlxal Telekommunikasiya İttifaqı (ITU), Avropa İttifaqı, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı, xarici ölkələrin tənzimləyici qurumları ilə işgüzar əlaqələrin qurulması və prioritet sahələr üzrə birgə layihələrin həyata keçirilməsi məqsədilə görüşlər və müzakirələr aparıb.
● Beynəlxalq Telekommunikasiya İttifaqı
Azərbaycan Respublikasının beynəlxalq telekommunikasiya sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqıdır (BTİ).
17 may 1865-ci il tarixində Beynəlxalq Teleqraf İttifaqı adı ilə təsis olunmuş BTİ-nin əsas vəzifəsi harada yaşamasından asılı olmayaraq bütün dünya üzrə insanlar arasında rabitə əlaqələrin yaradılmasına nail olmaqdır. BTİ öz fəaliyyəti ilə hər bir şəxsin rabitə əlaqəsi yaratmaq hüququnu müdafiə edir və dəstəkləyir. BTİ BMT-nin ixtisaslaşmış agentlikləri sistemində özünəməxsus xüsusiyyətə malikdir, belə ki, BTİ-nin həm ictimai, həm də özəl sektordan olan üzvləri mövcuddur. BTİ-yə 193 üzv-dövlətlə yanaşı, akademik institutlar, tənzimləyicilər və təxminən 700 özəl şirkət üzvdür. BTİ-nin Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. BTİ dünya üzrə 12 regional və sahə ofislərinə malikdir.
Hökumətlər (üzv-dövlətlər) və özəl sektor (sektor üzvləri, assosiasiyalar və akademiyalar) arasında beynəlxalq əməkdaşlıq prinsipi əsasında yaradılan BTİ İKT sahəsinin geniş əhatəli məsələlərinin müzakirə edildiyi və konsensus əsasında həll edildiyi qlobal forumdur.
Azərbaycan Respublikası 10 aprel 1992-ci il tarixində BTİ-yə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının BTİ ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətləri il ərzində BTİ çərçivəsində keçirilən iclaslarda iştirak edir. Eyni zamanda, BTİ nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına rəsmi səfərləri olmuşdur.
CEPT - fəaliyyəti kommersiya, tənzimləmə, işçi və texniki standartlaşma məsələləri üzrə əməkdaşlığı əhatə edir. Qurum 26 iyun 1959-cu ildə 19 Avropa ölkəsi tərəfindən İsveçrədə yaradılıb.
Azərbaycan 2000-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT) üzv qəbul edilib.
BMT-nin ixtisaslaşmış agentliklərindən olmaqla dünyanın 192 ölkəsini bir təşkilatda birləşdirərək, ölkələrarası beynəlxalq poçt mübadiləsi məsələlərini tənzimləyən və inkişaf strategiyasını müəyyənləşdirməklə əlaqələndirici funksiyasını həyata keçirir.
Azərbaycan 01 aprel 1993-cü il tarixindən Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvüdür. Qurumun Administrativ Şurası təşkilatın əsas idarəedici orqanıdır, ÜPİ-nin fəaliyyət proqramının koordinasiyasını, ÜPİ Aktlarının hazırlanması və həyata keçirilməsinə, büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. ÜPİ-nin Konqresində dünyanın 5 coğrafi regionu üzrə cəmi 40 üzv seçilir. Azərbaycan ÜPİ-nin Buxarest (2004) Konqresində və Cenevrədə (2008) keçirilmiş Konqresdə Administrativ Şuraya üzv seçilmişdir.
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin hüquqi çərçivəsini təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ildə imzalanıb, 1999-cu ildə qüvvəyə minib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə daxil edilib. 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.
Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. “Şərq Tərəfdaşlığı” təşəbbüsü Avropa İttifaqı ilə Şərqi Avropanın altı tərəfdaş ölkəsi, arasında siyasi assosiasiya və iqtisadi inteqrasiyanı təşviq etmək məqsədi daşıyır.
2012-ci ildə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin elektron rabitə tənzimləyiciləri üçün yaradılmış platformadır.
EaPeReg regionda rəqabətqabiliyyətli və innovativ elektron rabitə sektorunun inkişafını təşviq etmək məqsədi ilə bu ölkələrin elektron rabitə tənzimləyiciləri arasında əməkdaşlığı və ən yaxşı təcrübə mübadiləsini asanlaşdırmaq üçün yaradılmışdır. Şəbəkə tənzimləyicilər üçün spektrin idarə edilməsi, genişzolaqlı rabitənin inkişafı və elektron rabitə üçün tənzimləyici çərçivələr kimi məsələlər üzrə məlumat və təcrübə mübadiləsi üçün platforma təqdim edir.
EaPeReg həmçinin Şərq Tərəfdaşlığı ölkələrində Aİ qaydaları və standartlarına uyğun olaraq elektron rabitə tənzimləməsinin uyğunlaşdırılmasını təşviq etmək məqsədi daşıyır. Bu, Şərq Tərəfdaşlığı ölkələrinin Avropa Rəqəmsal Vahid Bazarına inteqrasiyasını asanlaşdırmaq və regional iqtisadi inkişafı təşviq etmək məqsədi daşıyır.
EaPeReg çərçivəsində fəaliyyət göstərən Tənzimləyicilərin Müstəqilliyi və Genişzolaqlı İnternetin İnkişafı üzrə İşçi Qrup, Rouminq üzrə Ekspert İşçi Qrup və Tezliklər üzrə Ekspert İşçi Qrupun işində İKTA nümayəndələri də iştirak edirlər.
Avropa İttifaqının EU4Digital təşəbbüsü iqtisadiyyatın inkişafına, daha çox yeni iş yerlərinin yaradılmasına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və müəssisələrə dəstək məqsədilə Aİ-nin standart və təcrübələrinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın və cəmiyyətin əsas sahələrini inkişaf etdirmək üçün bir sıra tədbirlər təklif edərək Azərbaycanda rəqəmsal islahat proqramına dəstək verir.
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq 2015-2020-ci illər üzrə Ölkə Əməkdaşlıq Strategiyası əsasında həyata keçirilir. Qeyd edilən strategiya Dünya Bankının Direktorlar Şurası tərəfindən 21 iyun 2015-ci ildə təsdiq edilib. Strategiya 2 əsas sektoru prioritet olaraq müəyyən etmişdir: dövlət sektorunun idarə edilməsi və xidmət təchizatı, iqtisadi rəqabətqabiliyyətlilik.
Dünya Bankının texniki dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nə nail olmaq üçün bütün iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində həyata keçirdiyi layihə çərçivəsində, 2022-ci ilin dekabr ayından başlayaraq, İKTA və Dünya Bankının ekspertləri arasında qurumun tənzimləmə çərçivələrinin müəyyən edilməsi layihəsi üzrə silsilə görüşlər keçirilib, metodik tövsiyyələr hazırlanıb
● Dünya Bankının “B-Ready” layihəsi2021-ci ildən etibarən dərci dayandırılan Dünya Bankının "Doing Business" hesabatı “Business Ready” hesabatı ilə əvəzlənib. Yeni layihə ölkələrin biznes və investisiya mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslı yanaşmanı təmin edəcək. 2024-cü ilin yazında dərc olunacaq ilk buraxılışında "B-Ready" hesabatı 60 iqtisadiyyatı əhatə edəcəkdir. Növbəti 3 il ərzində hesabata 180 ölkənin daxil edilməsi nəzərdə tutulur. "B-Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və yaxud yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə. “Kommunal xidmətlər” başlığı altında internətə qoşulma ayrı bir başlıq kimi təqdim edilir ki, bu başlıq altında ümumilikdə 65 indikator üzrə qiymətləndirmə aparılacaq. İKTA-nın nümayəndələri Dünya Bankının İqtisadi İnkişafın Qlobal İndikatorlar Qrupunun təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün “B-Ready” layihəsinin görüşlərində iştirak edib, layihə üzrə konseptual yanaşmaları və indikatorlar üzrə metodologiyanı öyrənib və tətbiqi istiqamətində işlərə başlayıb.
● Tənzimləyici qurumlar ilə əlaqələr2023-cü ilin birinci yarısında telekommmunikasiya sahəsinin tənzimlənməsi Avropa təcrübəsinin öyrənilməsi və müvafiq sahədə milli qanunvericiliyin uyğunlaşdırılması təşəbbüsləri də əsas beynəlxalq fəaliyyət istiqamətlərimizdən olub. Bu dövr ərzində İKTA-nın mütəxəssisləri Türkiyə, Polşa, İrlandiya, Fransa, Çexiya, ABŞ-da tənzimləmə və radiospektr idarəçiliyi üzrə təlimlərə qatılıblar.