Universal telekommunikasiya xidməti bütün istifadəçilərə müyəssər olan telekommunikasiya xidmətlərinin məcmusudur.

Universal telekommunikasiya xidməti Azərbaycanın bütün ərazisində müəyyən müddət ərzində və keyfiyyətlə, əlverişli qiymətlə hər hansı telekommunikasiya xidməti istifadəçisinə göstərilməsi operatorlar, provayderlər üçün icbari olan telekommunikasiya xidmətidir.

Dövlət universal telekommunikasiya xidmətinin göstərilməsinə təminat verir.

İKTA Azərbaycanda universal telekommunikasiya xidmətlərinin təsnifatının, təşkilinin, keyfiyyətinin, müddətinin və digər tələblərin müəyyən edilməsində, xidmətlərə nəzarətlə bağlı zəruri tədbirlər görülməsində iştirak edir.