- ● Lisenziya nədir?
Lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir.
- ● Telekommunikasiya fəaliyyəti sahəsində lisenziyalaşdırma
Telekommunikasiya fəaliyyəti sahəsində lisenziyalaşdırma “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən tənzimlənir.
- ● Lisenziyalaşdırma: İKTA-nın rolu
İKTA tənzimləyici qurum olaraq, tənzimləmə sahəsinə aid fəaliyyət növləri üzrə lisenziyaya malik olan lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyəti yerinə yetirərkən lisenziya şərtlərinə riayət etməsinə nəzarətin həyata keçirilməsində iştirak edir, lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməməsi hallarını aşkar etdikdə, lisenziyanın dayandırılması və ləğvi barədə Nazirlik qarşısında məsələ qaldırır.
● Azərbaycanda telekommunikasiya sahəsində lisenziya və icazələrin verildiyi fəaliyyət növləri“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavə | “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 2 nömrəli əlavə |
Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı | Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı |
Fəaliyyətin adı | |
|
sellülar (mobil) telekommunikasiya xidmətləri (texnoloji standartın adı göstərilməklə) |