- ● Mübahisələrin həlli
Operatorlar arasında arabağlantı, xüsusi çıxış və icarə olunan xətlər, kanallar məsələləri üzrə yaranan mübahisələrin həllində İKTA iştirak edir.
Ərizəçilərin müraciətləri “Telekommunikasiya haqqında” və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq qəbul olunur və baxılır.
Mübahisə ilə bağlı qəbul edilmiş qərar dərc olunur və onun mətni mübahisədə iştirak edən tərəflərə təqdim olunur. Qəbul edilmiş qərarla razılaşmayan tərəfin məhkəməyə müraciət etmək hüququ vardır.