- ● Sağlam rəqabət
Azərbaycanda telekommunikasiya fəaliyyəti telekommunikasiya xidmətləri bazarında inhisarçılığın yolverilməzliyi və sağlam rəqabət mühitinin təmin edilməsi prinsipləri əsasında həyata keçirilir. Telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsinin istiqamətlərindən biridir.
- ● Tənzimləmə və sağlam rəqabət
İKTA-nın tənzimləyici qurum olaraq, vəzifələrindən biri də telekommunikaisya sahəsində inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təkliflər verməkdir.
- ● Tənzimləyici qurumun rolu
Tənzimləyici qurum rəqabət bazarlarını inkişaf etdirmək üçün aşağıdakıları təşviq etməlidir:
- ✔ telekommunikasiya xidmətlərinin səmərəliliyinin artırılması
- ✔ yaxşı xidmət keyfiyyəti
- ✔ müasir xidmətlər
- ✔ əlverişli qiymətlər
- ✔ bazarda hokmran mövqedə olan iştirakçılar tərəfindən qiymətlərin qaldırılması və rəqabət hallarının pozulmasına yol açan sui-istifadə hallarının qarşısını alınması
- ✔ istehlakçı hüquqlarının qorunması