İKTA-nın nümayəndələri EaPeReg 22-ci plenar iclasında iştirak ediblər
6 Dekabr 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Kommunikasiya üzrə Tənzimləyicilər Şəbəkəsinin (EaPeReg) 22-ci plenar iclasında iştirak ediblər.

15 ölkənin telekommunikasiya üzrə tənzimləyici qurumunun 40-dan çox nümayəndəsinin iştirak etdiyi iclasda, 2023-cü il ərzində görülmüş işlər, EaPeReg  çərçivəsində yaradılmış işçi qrupların fəaliyyətləri və 2024-cü ilin iş planlarına dair geniş müzakirələr aparılıb.

Görüşdə tədbir iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə telekommunikasiya və poçt sahəsində tənzimləmə sahəsinin inkişafı, bazar mühitinin formaşaladırılması sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.

Azərbaycanın EaPeReg ilə əməkdaşlığı çərçivəsində bu ilin sentyabr ayında Bakıda müvafiq sahədə tənzimləmə məsələlərinə dair tədbirin keçirildiyi və bu tədbirlərin 2024-cü ildə də keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

İKTA yeni “E-Şikayət” sistemini istifadəyə verib
16 Noyabr 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yeni yaradılmış şikayət sistemini istifadəyə verib.

Sistemin yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən internet provayder və operatorlar haqqında vətəndaşlardan daxil olan müraciət və ya şikayətlərin operativ araşdırılması və çevik həllinə vahid sistem üzərindən monitorinq və nəzarətin edilməsidir.

“E-Şikayət” adlı yeni elektron sistem ilə hüquqları qanunla qorunan telekommunikasiya istifadəçilərinin maraqlarını müdafiə etmək, vətəndaş şikayəti axınının avtomatlaşdırılmış formada idarə olunması, istehlakçılara göstərilən xidmət keyfiyyəti, xidmət səviyyəsi, müştəri məmnuniyyəti, eləcə də müştəri təcrübəsi kimi vacib istiqamətlər üçün avtomatlaşdırılmış ölçülmə və təhlil üsullarını tətbiq etmək mümkün olacaq.

Sistem vətəndaş şikayətlərinə baxılması prosesinin mərkəzləşmiş sistem üzərindən aparılmasını effektiv şəkildə idarə etməklə yanaşı, hər bir vətəndaşın öz profilindən müraciət və ya şikayətlərinin həllində internet provayder və operatorların iştirak səviyyəsini və cavablandırma prosesini bütün mərhələlərdə izləməsini təmin edəcək. Həmçinin telekommunikasiya istehlakçılarına real vaxt rejimində internet provayder və operatorlara müraciət və şikayət etmək imkanı yaradacaq.

Vətəndaş “E-Şikayət” sistemində https://e-complaint.icta.az linki vasitəsilə qeydiyyatdan keçə bilər. Bunun üçün “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olaraq “Abunəçi” səhifəsinə keçid edib vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayətini edə bilər.

Hər bir internet provayder və operatorun sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək “ASAN İmza” və ya “SİMA Token” (Elektron İmza) giriş üsullarından birini seçib özünün “Operator/Provayder” səhifəsinə daxil ola biləcək.

Sistem vasitəsilə ehtiyac yarandıqda internet provayder və operatorların vətəndaşlardan daxil olan müraciətlərə və ya şikayətlərə birgə baxılması, eyni zamanda tənzimləyici qurum ilə elektron formada məlumat mübadiləsinin aparılması mümkün olacaq.

Həmçinin yeni “E-Şikayət” sistemi tənzimləyici quruma internet provayder və operatorların xidmət keyfiyyəti göstəricilərinə dair bəyan etdikləri hesabatları və digər sənədləri müqayisəli təhlil etməyə də imkan yaradacaq.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
İKTA Azərbaycanda fəaliyyət göstərən poçt operatorları ilə görüş keçirib
9 Oktyabr 2023

Azərbaycan Respublikasının telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən poçt operatorları ilə “Effektiv tənzimləmə sağlam rəqabətin əsası kimi” mövzusunda görüş keçirib.

Görüşün keçirilməsində əsas məqsəd poçt operatorlarının qarşılaşdıqları problemlərin operativ qaydada həll edilməsi üçün tənzimləyici çərçivələrin formalaşdırılmasında zəruri addımların atılması, poçt rabitəsinin tənzimlənməsi sahəsində toplanmış xarici təcrübənin ümumiləşdirilməsi və təcrübə yönümlü yanaşmaların işlənib hazırlanması, eləcə də poçt rabitəsi sahəsində işin səmərəliliyinin artırılmasında operatorların rəy və təkliflərinin dinlənilməsidir.

Görüş zamanı İKTA və poçt operatorları arasında əməkdaşlıq çərçivəsində bu kimi müzakirələrin əhəmiyyəti vurğulanaraq poçt rabitəsi sahəsində tənzimlənmənin, buradakı xidmət bazarlarının təhlili və formalaşdırılmasının, hər bir bazar iştirakçısı üçün şəffaflığın və ədalətli yanaşmanın təmin edilməsinin vacibliyi vurğulanıb.

Görüşdə iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikirlər səsləndirilib. Qeyd edilib ki, poçt rabitəsi sahəsində hazırkı qanunvericilik daha çox universal poçt xidmətlərini əhatə edir və xidmət bazarlarında daha rəqabətli və müasir poçt xidmətlərinin tələblərinə cavab verən yeni qanunvericilik bazasının yaradılmasına ehtiyac yaranıb.

Bu istiqamətdə ilk addım olaraq hazırda İKTA tərəfindən poçt operatorlarının xidmət bazarında fəaliyyətinin tənizmlənməsi məqsədilə “Sürətli poçt xidməti üzrə lisenziya şərtlərinə dair Qaydaları”n layihəsinin hazırlanması və təsdiq edilməsi, “Poçt haqqında” mövcud qanuna zəruri dəyişiklik layihəsinin hazırlanması istiqamətində işlərin aparıldığı, növbəti mərhələlərdə isə “Poçt haqqında” yeni qanun layihəsinin hazırlanacağı diqqətə çatdırılıb.

Poçt operatorları lisenziya alınması zamanı üzləşdikləri çətinliklərdən danışıblar. Bildirilib ki, lisenziya alınması zamanı onlara qoyulan bəzi tələblər regionlarda poçt obyektlərinin fəaliyyəti üçün uyğun məkanların tapılmasında çətinliklər yaradır. Bundan başqa, poçt bağlamaları daşıyan nəqliyyat vasitələri tərəfindən dayanma, durma və parklanma qaydalarının pozulmasına görə ödənilən cərimələrə imtiyaz və ya güzəşt tətbiq olunması məsələsi də nəzərdən keçirilib.

Müzakirələrdə agentlik nümayəndələri tərəfindən xidmət bazarında keyfiyyətə müsbət təsir göstərəcək bir sıra vacib məsələlərə toxunulub. Poçt operatorları öz növbəsində qeyd ediblər ki, rəqabət mühitinin formalaşdırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə poçt operatorlarına qarşı qoyulan tələblər sərtləşdirilməli, eləcə də xidmət bazarında haqsız rəqabətin qarşısını almaq məqsədilə lisenziyasız fəaliyyət göstərən poçt operatorlarına qarşı yoxlamalar artırılmalı və cəza tədbirləri görülməlidir.

İştirakçılar tərəfindən bu kimi görüşlərin gələcəkdə də keçirilməsi və poçt operatorları ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmi vurğulanıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir

İKTA və “Aztelekom” MMC arasında birgə işçi görüş keçirilib
30 Sentyabr 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyinin iştirakı ilə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nümayəndələri arasında birgə işçi görüş keçirilib.

İşçi görüşdə “Aztelekom” MMC tərəfindən ölkə ərazisində göstərilən internet xidmətinin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar,  telekommunikasiya infrastrukturundan birgə istifadənin sadələşdirilməsi, operatorun ona məxsus infrastrukturun (kabel-kanal qurğularının, rabitə dirəklərinin və s.) internet provayderlər ilə paylaşılması və infrastrukturun əlverişli, münasib qiymətlərlə provayderlərə icarəyə verilməsi, dövlət-özəl sektor tərəfdaşlığının (PPP modeli) inkişaf etdirilməsi, eləcə də ölkədə kabelləşməyən yaşayış məntəqələrinin genişzolaqlı internet xidməti ilə əhatə olunması üzrə aparılan işlərin dəqiqləşdirilməsi kimi məsələlər geniş müzakirə olunub. Bundan başqa, passiv şəbəkədən birgə istifadə üçün e-müraciət sisteminin hazırlanması və İKTA ilə əlaqələndirilməsi barədə provayderlərdən daxil olmuş təkliflə bağlı müzakirə aparılıb.

Görüş zamanı “Online Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilən işlərin statusu barədə Tənzimləyici qurumun mütəmadi məlumatlandırılmasının, qanunvericiliyə uyğun olaraq nəzarətin həyata keçirilməsi məqsədilə tikinti və quraşdırma işlərinin keyfiyyət və layihə tələblərinə, tikinti norma və standartlarına uyğun həyata keçirilməsinə diqqətin artırılmasının önəmli olması vurğulanıb.

Eyni zamanda, yeni tikinti işləri ilə yanaşı uzun illər istismar olunan telekommunikasiya qurğularının texniki normaya gətirilməsi, planlı profilaktik tədbirlərin həyata keçirilməsi, fiziki infrastrukturun, şəbəkənin dayanıqlığının, eləcə də baş verə biləcək fövqəladə, böhran və digər hallarda proseslərin davamlılığının təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinin vacibliyi “Aztelekom” MMC-nin nümayəndələrinin diqqətinə çatdırılıb.
Xidmət keyfiyyətinə dair göstəricilərin və maliyyə hesabatlarının təqdim edilməsində rast gəlinən çətinliklər, internet provayderlər və istehlakçılardan daxil olan şikayətlərin “Aztelekom” MMC tərəfindən araşdırılması və nəticələri barədə İKTA-ya məlumat verilməsi, habelə internet xidməti göstərən provayderlərdən daxil olmuş şikayətlərin aradan qaldırılması məqsədilə arzuolunan nəticələrin əldə edilməsinin zəruriliyi  “Aztelekom” MMC-nin nümayəndələrinə bildirilib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

İKTA-da Dünya Bankının ekspertləri ilə görüş keçirilib
27 Sentyabr 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə  “Cənubi Qafqazda rəqəmsal iqtisadiyyatın tətbiqinə dəstək missiyası və inklüzivlik və rəqabətqabiliyyətlilik üçün yüksək sürətli rəqəmsal əlaqənin təmin edilməsinə texniki yardım” layihəsi üzrə Dünya Bankının ekspertləri arasında  görüş keçirilib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Rəqəmsal inkişaf təcrübəsinin rəhbəri cənab Mişel Roqinin, rəqəmsal inkişaf üzrə baş mütəxəssis Maria Klaudia Paçonun və mütəxəssis Himmat Singh Sandhudanın iştirak etdiyi görüş zamanı İKTA-nın əsas fəaliyyət istiqamətləri, institusional quruculuğu və funksional strukturunun formalaşdırılmasının təşkili, İKTA mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məsələləri müzakirə olunub.

Dünya Bankının ekspertləri beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici tənzimləyici qurumlara dair ümumi təhlil, hüquqi və institusional əsaslar, təşkilati struktur və idarəetmə, tənzimləmə çərçivələrinin icmalı, insan resursları, digər qurumlarla institusional problemlər və maliyyə aspektləri kimi məsələlərdə Tənzimləyici quruma dəstək verməyə hazır olduqlarını bildiriblər.

 

Cari ilin sonuna kimi, Dünya Bankı və İKTA-nın mütəxəssisləri arasında Bankın hazırladığı ilkin hesabata dair ikinci aralıq nəticələrin müzakirəsi, eləcə də Tənzimləyici qurumun inkişaf istiqamətlərinin müəyyən edilməsi üçün paylaşılan ən yaxşı təcrübələrə əsaslanan potensial variantların hazırlanması üzrə silsilə işçi görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Dünya Bankı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nə nail olmaq üçün bütün iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək verir.

 

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

İKTA işə qəbul olunmaq üçün tələbələr arasında keçirdiyi müsabiqənin nəticələrini elan edib
25 Sentyabr 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 6 universitetin məzun və sonuncu kurs tələbələri arasında keçirdiyi müsabiqənin nəticəsi olaraq 3 tələbəni işə qəbul edib.

Tələbələrdən iki nəfər Tənzimləyici qurumun Radiospektr idarəçiliyi şöbəsində, bir nəfər isə Xidmət bazarlarına nəzarət şöbəsində mütəxəssis vəzifələri üzrə işə qəbul ediliblər. 

Müsabiqədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA, ADNSU, UNEC, Texniki Universitet və Bakı Mühəndislik Universitetlərinin kompüter mühəndisliyi, cihaz və nəzarət mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması, texniki sistemlərdə informasiya və idarəetmə, rəqəmsal iqtisadiyyat,    kommunikasiya sistemləri, iqtisadiyyatın dövlət tənzimlənməsi fakültələrinin tələbələri iştirak ediblər.

Müsabiqədə iştirak üçün ümumilikdə 305 namizəd tərəfindən CV daxil olub. Onların arasından müsabiqənin şərtlərinə uyğun gələn 78 namizəd ilə əlaqə saxlanılıb. 1-ci mərhələdə iştirakını təsdiqləyən 40 tələbə telekommunikasiya və tənzimləməyə aid test və keys əsaslı tapşırıqlara yazılı cavab veriblər. İkinci mərhələdə isə namizədlər ilə üzbəüz müsahibələr təşkil olunub.

Müsahibədən keçməyən namizədlərin hər birinə elektron poçt vasitəsilə müsahibənin nəticəsi haqqında məlumat verilib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Azərbaycanda 5G Strategiyasının hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib
11 sentyabr 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Azərbaycanda “5G Strategiyasının hazırlanması üzrə” İşçı Qrupun növbəti onlayn iclası keçirilib. 

İlk olaraq iclasda 5G Strategiyasının mündəricatına daxil olacaq əsas mövzular müzakirə olunaraq dəqiqləşdirilib. Daha sonra, 5G üçün müəyyən edilmiş əsas radiotezlik zolaqlarının cari vəziyyəti ilə bağlı təqdimat olub və istifadədə olan radiotezliklərin boşaldılması prosesininin tezləşdirilməsi müzakirə edilib.

İşçi qrupa daxil olan qlobal avadanlıq təchizatçılarının Tənzimləyici qurum və mobil operatorlar ilə öz 5G portfolioları haqqında ətraflı məlumat paylaşmaları məqsədilə ayrı-ayrılıqda seminar (vebinar) keçirmələri məsələsi gündəmə gətirilib və təsdiqlənib.

Həmçinin mobil operatorların 5G şəbəkələrinin qurulması ilə bağlı çətinlikləri, radiotezlik spektri və digər məsələlərlə bağlı təklifləri, Tənzimləyici qurumdan və dövlət orqanlarından gözləntiləri, və s. məsələlərin ətraflı öyrənilməsi üçün təqdimatların hazırlanması və onlarla ayrı-ayrılıqda görüşün təşkil olunması ilə bağlı ilkin razılığa gəlinib.

Bildirilib ki, 5G ekosisteminin kibertəhlükəsizliyinin təmin olunması məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” haqqında işçi qrupun üzvlərinə məlumat verilib və həmin sənəddə Strategiyanın həyata keçirilməsi üçün hazırlanmış tədbirlər planının 5G şəbəkələri üçün əsas götürüləcəyi vurğulanıb.

Görüşün sonunda İşçi Qrupun növbəti görüşünün təxmini vaxtı müəyyən edilib və növbəti görüşə qədər görüləcək işlərin planı razılaşdırılıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

TAIEX aləti çərçivəsində İKTA əməkdaşları üçün təlim keçirilir
6 Sentyabr 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə Avropa İttifaqının (Aİ) TAIEX texniki yardım aləti çərçivəsində Bakıda üç günlük təlim başlayıb.

Məqsəd mütəxəssislərə qurumun institusional çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində Aİ-yə üzv dövlətlərin ekspertlərinin texniki və sahəvi biliklər aşılamasıdır.

Təlimin əsas mövzuları telekommunikasiya xidmətləri bazarının təhlili, infrastruktura giriş və infrastrukturun paylaşılması modelləri, tənzimləyici öhdəliklərin icrası, internet provayderlərin bazara girişi üçün icazələrin verilməsi mexanizmi, istehlakçı hüquqlarının qorunması və müştəri məmnuniyyətidir.

Təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,  İKTA ilə yanaşı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak edirlər.

Əvvəlcə İKTA-nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Günel Əhmədova qurumun qısa müddət ərzində gördüyü işlər, layihə və gələcək planları barədə təqdimatla çıxış edib. 

Daha sonra Rumıniyanın İKT üzrə milli tənzimləyici qurumu olan ANCOM-un İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Katalina Draqomir uğurlu tənzimləyici qurum modeli, onun rolunun müəyyən edilməsi, məsuliyyət və hesabatlılığı, iş axınının planlaşdırılması, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də ictimaiyyətlə məsləhətləşmə prosesi barədə çıxış edib. Təşkilatın  İnformasiya və müraciətlər şöbəsinin eksperti Katalina Stan isə telekommunikasiya istehlakçılarının hüquqlarının qorunması və məlumatlandırılması ilə bağlı təcrübəsini videokonfrans vasitəsilə təlim iştirakçıları ilə bölüşüb.

Macarıstanın Milli Media və İnformasiya Kommunikasiyaları Qurumunun Beynəlxalq əlaqələr və strategiya üzrə direktoru Ervin Kajzinger telekommunikasiya bazarında fəaliyyətə başlamaq üçün ümumi icazənin tətbiqi və elektron kommunikasiya üzrə Avropa tənzimləyicilərinin vahid qurumu sayılan BEREC-in məlumat bazası haqqında məlumat verib. Macarıstanın tənzimləyici orqanının baş eksperti Balaş Sekeli isə Azərbaycanda aydın və hərtərəfli 5G Strategiyasının işlənib hazırlanması üçün faydalı olan qabaqcıl Avropa təcrübəsini bölüşüb.

Növbəti günlərdə Estoniyanın İstehlakçı Hüquqları və Texniki Tənzimləmə Qurumunun nümayəndəsi Oliver Qailan müştəri təcrübəsi, ümumi icazələr və 5G Strategiyası, Sloveniyanın Kommunikasiya Şəbəkələri və Xidmətləri Agentliyinin (AKOS) eksperti Stanko Tasko infrastruktura giriş və infrastrukturun paylaşılması üzrə modellər, Rumıniyanın tənzimləyici qurumunun ekspertləri isə genişzolaqlı şəbəkə üzrə xəritələnmə və mobil əhatə dairəsi üzrə monitorinq sistemi ilə bağlı təqdimatlarla çıxış edəcəklər. Onlar ən yaxşı təcrübə nümunələrinin Azərbaycanın müvafiq sahədə hazırki və gələcəkdə qəbul ediləcək qanunverciliyə uyğunlaşdırılmasına dair tövsiyələr verəcək, Aİ-nin tənzimləyici çərçivəsinin tətbiqi sahəsində Azərbaycan üçün perspektivdə olan addımlar haqqında müzakirələr aparacaqlar.

TAIEX Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsidir. TAIEX Aİ qanunvericiliyinin yerli qanunverciliyə uyğunlaşdırılması, tətbiqi və icrası, həmçinin Aİ-nin ən yaxşı təcrübələrinin paylaşılmasını asanlaşdırmaq məqsədilə dövlət qurumlarını dəstəkləyir. TAIEX çərçivəsində təşkil edilən təlimlərin keçirilməsi üçün Aİ-yə üzv dövlətlərin tənzimləyici qurumlarının ekspertləri cəlb olunur.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

AYİB-in dəstəyi ilə İKTA-nın əməkdaşlarının bilik və bacarıqların artırılmasına dair yeni layihə başlayır
29 Avqust 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri arasında “Tənzimləyici qurumun əməkdaşlarının bilik və bacarıqlarının artırılması”na dair başlayan yeni layihə çərçivəsində ilk onlayn görüş keçirilib.  

Görüşdə İKTA-nın İdarə Heyətinin rəhbəri Nail Mərdanov, Beynəlxalq əməkdaşlıq üzrə baş mütəxəssis Ravil İsgəndərov, Hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov, Xidmət bazarlarına nəzarət şöbəsinin müdiri Nail İsmayılov iştirak ediblər.

Nail Mərdanov İKTA-nın fəaliyyəti və bu günə qədər gördüyü işlər barədə görüş iştirakçılarına məlumat verib və növbəti bir il ərzində həyata keçiriləcək yeni layihənin İKTA-nın funksional fəaliyyəti üçün faydalı olacağını qeyd edib.

AYİB-in dəstəyi ilə həyata keçiriləcək yeni layihə bir neçə fazada həyata keçiriləcək. Bura Tənzimləyici qurumun fəaliyyətinin təkmilləşdirlməsi, bazar təhlilinin aparılması, bazarda rəqabət səviyyəsinin qiymətləndirilməsi metodologiyasının işlənib hazırlanması, əhəmiyyətli bazar gücünə malik olan operatorlara tətbiq edilə bilən həllərin layihələndirilməsi, eləcə də İKTA əməkdaşlarının bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsi daxildir.

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

İKTA internet provayder və operatorlar üçün dövri hesabatvermə üzrə praktiki təlim keçirib
29 Avqust 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəxəssisləri tərəfindən ölkədə fəaliyyət göstərən internet provayder və operatorların nümayəndələri üçün dövri hesabatvermə üzrə ilk praktiki təlim keçirilib.

Təlimin məqsədi internet provayder və operatorlar tərəfindən Tənzimləyici quruma göndəriləcək  müxtəlif növ dövri hesabatların düzgün doldurulması üzrə nəzəri və praktiki biliklərin artırılmasıdır.

15 şirkətin nümayəndələrinin iştirak etdiyi təlimdə telekommunikasiya bazarının iştirakçıları tərəfindən Tənzimləyici quruma təqdim olunacaq müxtəlif növ dövri hesabatların, o cümlədən keyfiyyət göstəriciləri üzrə hesabat, maliyyə göstəriciləri üzrə hesabat, təsərrüfat göstəriciləri üzrə hesabat və sahibkarlıq və biznes mühitinin qiymətləndirilməsi üzrə hesabatların doldurulması İKTA mütəxəssisləri tərəfindən əyani şəkildə nümayiş etdirilib, izahlı təlimatlar və tövsiyələr verilib.

Bundan başqa, təlim iştirakçılarının hesabatlara daxil edilən məlumatlarda ən çox edilən xətalar ilə bağlı İKTA-ya yönləndirdikləri suallar ətraflı cavablandırılıb, müzakirə və fikir mübadiləsi aparılıb.

İKTA-nın topladığı dövri hesabatlardan telekommunikasiya sahəsində xidmət bazarlarının, eləcə də bu sahədə digər təhlillərin aparılması, xidmət bazarlarının formalaşdırılması istiqamətində tədbirlər görmək üçün istifadə olunacaq. Bazar iştirakçılarından tələb olunan məlumatlara dair tələblər ölkənin Dünya Bankı Qrupunun yeni "Business Ready" (B-Ready) layihəsinin, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və s. kimi beynəlxalq reytinq cədvəllərinin qiymətləndirilməsində istifadə olunan indikatorlar əsasında formalaşdırılıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Dünya Bankı İKTA-nın institusional quruculuğuna dair ilkin rəy və tövsiyələrini verib
22 avqust 2023

Dünya Bankı “Cənubi Qafqazda rəqəmsal iqtisadiyyatın tətbiqinə dəstək missiyası və inklüzivlik və rəqabətqabiliyyətlilik üçün yüksək sürətli rəqəmsal əlaqənin təmin edilməsinə texniki yardım” layihəsi çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) institusional quruculuğuna dair ilkin rəy və tövsiyələrini verib.

Rəy və tövsiyələrdə İKTA-nın institusional quruculuğu və funksional strukturunun inkişaf etdirilməsi, İKTA mütəxəssislərinin bilik və bacarıqlarının artırılması və dünya təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.

Bundan başqa, sənəddə Dünya Bankının ekspertləri coğrafi, mədəni, siyasi və təşkilati elementləri nəzərə almaqla 4 ölkənin (Türkiyə, Litva, Fransa və Bəhreynin) tənzimləyici qurumlarına dair ümumi təhlil, hüquqi və institusional əsaslar, təşkilati struktur və idarəetmə, tənzimləmə çərçivələrinin icmalı, insan resursları, digər qurumlarla institusional problemlər və maliyyə aspektləri kimi məsələlər, eləcə də telekommunikasiya sahəsində fəaliyyət göstərən xarici tənzimləyici qurumlar üzrə tərtib edilmiş müqayisəli matris öz əksini tapıb.

Növbəti mərhələdə, Dünya Bankı və İKTA-nın mütəxəssisləri arasında ilkin hesabata dair ikinci aralıq nəticələr müzakirə ediləcək. Bundan başqa, Tənzimləyici qurumun inkişaf istiqamətlərinin müəyyən edilməsi üçün paylaşılan ən yaxşı təcrübələrə əsaslanaraq potensial variantların hazırlanması üzrə sentyabr ayında seminarın keçirilməsi də planlaşdırılır.

İKTA və Dünya Bankının ekspertləri arasında müzakirələr 2023-cü ilin sonuna kimi mütəmadi olaraq işçi qaydada davam etdiriləcək.

Qeyd edək ki, Dünya Bankı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nə nail olmaq üçün bütün iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək verir.

 

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

İKTA-nın mütəxəssisləri Şərq Tərəfdaşlığı ölkələrində genişzolaqlı internet bazarının təhlili üzrə görüşdə iştirak ediblər
16 Avqust 2023

Avqustun 16-da Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri Şərq Tərəfdaşlığı ölkələrində telekommunikasiya bazarının təhlili üçün hazırlanmış sorğu vərəqlərinin qiymətləndirilməsi və təhlillərin aparılacağı coğrafi ərazilərin müəyyən edilməsi üzrə onlayn görüşdə iştirak ediblər.

Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Kommunikasiya üzrə Tənzimləyicilər  Şəbəkəsinin (EaRePeg) Tənzimləyicilərin müstəqilliyi və genişzolaqlı internet inkişafı üzrə ekspert işçi qrupunun üzvləri ilə avropalı ekspertlər arasında təşkil olunmuş görüşdə İKTA-nın Hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov, Beynəlxalq əməkdaşlıq üzrə baş mütəxəssis Ravil İsgəndərov, Texniki tənzimləmə şöbəsinin baş mütəxəssisi Müşfiq Quluyev, Maliyyə şöbəsinin baş mütəxəssisi Rəşad Həsənov, Poçt rabitəsi şöbəsinin aparıcı mütəxəssisi Vüqar Səmədov iştirak ediblər.  

Belə ki, ekspert işçi qrupunun cari ilin may ayında, Parisdə keçirilmiş iclasında Şərq Tərəfdaşlığı ölkələrində Tənzimləyici qurumlar və EU4Digital komandasının birgə dəstəyi ilə  genişzolaqlı internet bazarının təhlilinin aparılması qərara alınıb. 

Şərq Tərəfdaşlığı ölkələrində elektron kommunikasiya/telekommunikasiya bazarı haqqında məlumatların toplanması və toplanmış təfərrüatlı məlumatlar əsasında təhlillərin aparılmasına, eləcə də  hər bir tərəfdaş ölkə üzrə genişzolaqlı bazar şəraitinin qiymətləndirən ölkə üzrə xüsusi bazar təhlili hesabatının hazırlanmasına imkan verəcəkdir.

Uçota durmayan internet provayder cərimələnib
10 Avqust 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu – İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) bəyan edir ki, istehlakçı şikayəti əsasında Abşeron rayonu, Xırdalan şəhərində “BHS Fiber” adı altında fəaliyyət göstərən “Netim Telekom” MMC internet provayderi tərəfindən uçotadurma qaydalarının pozulduğu müəyyən edilib.

Belə ki, internet provayderin təqdim etdiyi xidmətdən narazı qalan istehlakçının şirkətin rəsmi adını müəyyən edə bilməməsi və şirkətlə əlaqə saxlamaqda yaranmış çətinliklər onun haqlı narazılığına səbəb olub və şikayəti əsasında araşdırma zamanı provayderin uçota alınmaması aşkar edilib.

Araşdırma zamanı internet telekommunikasiya xidməti göstərən provayderin hüquqi məlumatları müəyyən edilib. İnternet provayder uçotadurma qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokolun tərtib edilməsi təmin edilib və məhkəmənin müvafiq qərarı ilə barəsində inzibati cərimə tənbehi tətbiq edilib.

Telekommunikasiya sahəsində tənzimləmənin və nəzarətin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirlər çərçivəsində İKTA telekommunikasiya istehlakçılarına müraciət edərək gələcəkdə bu cür hallarla qarşılaşdıqları təqdirdə bu link vasitəsilə uçota alınmış operator və internet provayderlərin siyahısında xidmət provayderinin adının olub-olmamasını dəqiqləşdirmələrini tövsiyə edir.

Qurum telekommunikasiya bazarında tənzimləmə işlərinin həyata keçirilməsi və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması, uçota durmaq istəyən internet provayder və operatorlara metodiki dəstəyin göstərilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ADA universitetinin 6 tələbəsi İKTA-da istehsalat təcrübəsi keçirlər
07 Avqust 2023

İyul ayın 16-dan ADA universitetinin 6 tələbəsi Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) 1 aylıq istehsalat təcrübəsinə başlayıblar. Təcrübənin əsas məqsədi telekommunikasiya sahəsində rəqəmsal mühitin yaradılması məqsədilə xidmət bazarlarının tənzimlənməsi və nəzarət haqqında tələbələrin nəzəri biliklərinin artırılmasıdır. Həmçinin tələbələr təcrübə zamanı tənzimləmə sahəsində araşdırma fəaliyyəti ilə praktik məşğul olmaq imkanı da əldə edəcəklər.

Qeyd edək ki, ADA universitetinin Beynəlxalq və İctimai Münasibətlər və İnformasiya Texnologiyaları fakültələrində təhsil alan 6 tələbəsinin İKTA-da istehsalat təcrübəsi avqustun 16-na kimi davam edəcək.

İKTA nümayəndələri “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclasında iştirak ediblər
3 Avqust 2023

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnternetə qoşulma və internet infrastrukturu” üzrə İşçi Qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədovun sədrliyi ilə işçi qrupunun videokonfrans formatında iclası keçirilib.

Görüşdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) Hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov və Texniki tənzimləmə şöbəsinin baş mütəxəssisi Müşfiq Quluyev, Şəbəkə inzibatçılığı və texniki dəstək şöbəsinin müdiri Asim Namazov və Tənzimləyici qurumun digər nümayəndələri, eləcə işçi qrupun üzvü olan digər dövlət qurumlarının nümayəndələri və həmin qurumların hesabatın sorğu vərəqlərinin qiymətləndirilməsinə cəlb olunmuş bir sıra əməkdaşları iştirak ediblər.

İclasda Dünya Bankının “B-Ready” hesabatının “Kommunal xidmətlər” indikatorunun “İnternet” alt-indikatoru üzrə cavablandırılmış sorğu vərəqələrinin və qiymətləndirmə nəticələrinin müzakirəsi keçirilib, sorğunun və qiymətləndirmə cədvəllərinin doldurulması ilə bağlı görülmüş işlər barədə məlumat verilib, hər bir komponent üzrə qiymətləndirmə meyarları ətrafında fikir mübadiləsi aparılıb.

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunda İKTA-nı qrupun katibi Müşfiq Quluyev, eləcə də qrupun üzvləri, IKTA-nın rəhbəri Nail Mərdanov, Oktay Məhərrəmov və Asim Namazov təmsil edirlər.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
İKTA telekommunikasiya xidməti göstərən operator və internet provayderlərlə 4-cü görüş keçirib
26 İyul 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) iyulun 26-da ölkədə fəaliyyət göstərən operator və internet provayderlərlə 4-cü görüşü keçirib.

Görüşdə Tənzimləyici qurumun rolu, internet bazarında mövcud durum, provayderlərin uçotu, internet xidmətlərinin keyfiyyəti, provayderlərin müştərilərlə əlaqələrinin effektiv qurulması, bağlanmış müqavilələrin mövcud tələblərə uyğunluğu, provayderlərin qarşılaşdıqları problemlər və onların aradan qaldırılması  ətrafında müzakirələr aparılıb.

İKTA indiyədək 136-dək operator və internet provayderin uçota alınmasını təmin edib.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək
12 İyul 2023
Telekommunikasiya sahəsində göstərilən xidmətlərin keyfiyyətinə dair tədbirlərin həyata keçirilməsi bu sahənin tənzimlənməsində olduqca önəmlidir. Bazarın öyrənilməsi məqsədilə, 2023-cü ilin yanvar ayından başlayaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinə dair xarici təcrübəni öyrənib, geniş təhlillər aparıb.

Telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinin və keyfiyyət səviyyəsinə dair minimal tələblərin müəyyən edilməsi, xidmət keyfiyyəti üzrə operatorların, internet provayderlərin fəaliyyətinin tənzimlənməsi, habelə telekommunikasiya xidmətlərinin keyfiyyətinin dəyişən şərtlər çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə İKTA “Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri haqqında Qayda” layihəsi hazırlayıb və aidiyyatı üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edib. Bundan başqa, Agentlik xidmət bazarlarını təhlil etmək və onların formalaşdırılması istiqamətində tədbirlər görmək məqsədilə telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərdən keyfiyyət və digər göstəricilərin rüblük əsasda və elektron qaydada toplanılmasına başlayıb. Əldə olunmuş nəticələrin təhlili Tənzimləyici qurumun telekommunikasiya bazarına istehlakçıyönümlü müdaxiləsinə və orada sağlam rəqabətin formalaşdırılmasına da imkan verəcək.

İKTA telekommunikasiya bazarındakı mövcud vəziyyəti anlamaq üçün müştəri məmnuniyyəti ilə bağlı müxtəlif sorğuların və araşdırmaların aparılmasını planlaşdırır. Bu proses istehlakçılardan mütəmadi olaraq qiymət, xidmət xüsusiyyətləri baxımından internet provayderlərin təqdim etdiyi müştəri xidmətinin keyfiyyətinə və tutarlılığına dair qərəzsiz rəy toplamağa imkan verəcək, istehlakçıların internet provayderlərdən gözləntilərini öyrənməyə kömək edəcək.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir'
İKTA: internet provayderlərin bir-biriləri haqqında yaydığı şayiələr əsassızdır
4 İyul 2023
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) bəyan edir ki, internet telekommunikasiya xidmətləri bazarında mövcud olan bəzi provayderlər tərəfindən biznes fəaliyyətləri haqqında istehlakçılar arasında əsassız məlumatların yayılması barədə şikayətlər daxil olmaqdadır.

Belə ki, şikayət edən provayderlər bildirir ki, internet provayderlərin əməkdaşları və onların xidmətlərinin satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiələr, o cümlədən provayderin fəaliyyətini dayandıracağı, müflis olması, külli miqdarda borclarının olması və bu kimi nüfuzdan salan məlumatların yayılması hallarını müşahidə edirlər.

Şikayət edən provayderlər ehtimal edirlər ki, bu addımla həmin internet provayderlər abunəçini xidmətdən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdürlər.

İKTA telekommunikasiya bazarında yaranmış bu cür sui-istifadə hallarından narahatdır və bildirir ki, istehlakçılar bu məlumatların doğruluğunu öz provayderləri ilə dəqiqləşdirə bilərlər. Eyni zamanda tənzimləyici qurum bildirir ki, istehlakçılar internet provayderlərin mövcud siyahısı ilə bu linkdə tanış ola və provayderin fəaliyyətdə olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər.

İKTA bəyan edir ki, internet provayderlərin uçota alınmadan fəaliyyəti “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun pozulması halıdır və belə halların qarşısı qanun çərçivəsində alınacaqdır.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir

Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb
İyun 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Azərbaycanda “5G Strategiyasının hazırlanması üzrə” İşçı Qrupu yaradılıb.

İşçi Qrup İKTA-nın Azərbaycanda 5G infrastrukturunun qurulması və geniş tətbiqi məqsədilə 5G Strategiyasının hazırlanması üzrə tədbirlər planı çərçivəsində yaradılıb. İşçi Qrupunda ölkədə 5G şəbəkəsinin tətbiqində maraqlı olan bazar iştirakçılarının, o cümlədən ölkədə fəaliyyət göstərən mobil operator, telekommunikasiya sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri təmsil olunur.

İşçi Qrupun əsas məqsədi Azərbaycanda qarşıdakı illər ərzində rəqəmsal cəmiyyətin davamlı inkişafını təmin etmək məqsədilə ən müasir və yeni yaranan texnologiyaların yayılması üzrə tələbləri özündə əks etdirən vahid 5G Strategiyasını hazırlamaqdır.

5G Strategiyasının məqsədi ölkədə təhlükəsiz və dayanıqlı beşinci nəsil (5G) infrastrukturunun inkişafı və tətbiqi üçün bütün maraqlı tərəflərin yanaşmalarını nəzərə alınmaqla, strateji yanaşma formalaşdırmaq və müştəri təcrübəsində əhəmiyyətli təkmilləşdirmələrə nail olmaqdır.

Işçi Qrupun iştirakı ilə mütəmadi görüşlər keçiriləcək, 5G Strategiyasının hazırlanması zamanı vacib olan mərhələlər və onların icrası ilə bağlı görüləcək işlərə dair müzakirələr aparılacaq.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Gürcüstanla sərhədyanı ərazilərdə birgə radiomonitorinqlər keçirilib
5 İyun 2023

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunmuş razılaşmaya əsasən, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə 2-5 iyun 2023-cü il tarixlərində sərhədyanı bölgələrdə birgə radiomonitorinqlər keçirilib.

Məqsəd sərhədyanı ərazilərdə mobil rabitə şəbəkələrinin və televiziya-radio yayımlarının tənzimlənməsi, yeni texnologiyalara keçidlə əlaqədar radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınmasıdır.

Radiomonitorinqlərin nəticələrinə əsasən 6-7 iyunda Tbilisi şəhərində mütəxəssislər arasında sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının beynəlxalq tələblərə və ikitərəfli protokollara uyğunluğu və yeni nəsil texnologiyalarının (5G, DAB+ və s.) tətbiqi üçün radiotezlik kanallarının razılaşdırılması üzrə müzakirələr aparılıb.

Sözügedən texnologiyaların sərhədyanı ərazilərdə tənzimlənməsi ilə əlaqədar hər iki tərəfdən müvafiq tədbirlərin görülməsi razılaşdırılıb.

Qeyd olunan birgə radiomonitorinq və müzakirələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.

Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
1 İyun 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) həyata keçirdiyi internet operator və provayderlərin uçota alınması elektron sistem vasitəsilə davam edir.

Bu günə kimi artıq 107 internet operator və provayder, o cümlədən host provayder uçota alınıb. 

Uçotdan keçməyən operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında https://e-gov.az/az/services/read/3731/ linki vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər.

Uçota durmamaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.

Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirəcək, genişzolaqlı internetə çıxış səviyyəsini maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunacaq, istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsində, xidmət bazarlarını təhlil etmək və onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində  mühüm rol oynayacaqdır.

Növbəti mərhələdə Tənzimləyici qurum uçot prosesi zamanı toplanmış məlumatları, o cümlədən  internet telekommunikasiya sahəsində göstərilən xidmətlərin növləri, abunəçilərlə bağlanmış müqavilələrin minimum tələblərə uyğunluğu, fəaliyyətin əhatə dairəsi, əlaqə vasitələri, eləcə də vebsaytların müştəriyönümlü olması və məlumatlılığı kimi parametrlər üzrə təhlillər aparılacaq, onları vizual formada sistemləşdirəcək və qiymətləndirəcək.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli, 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

İKTA-nın nümayəndəsi Dublində EaPeReg Şəbəkəsinin 21-ci plenar iclasında iştirak edib
24 May 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndəsi Ravil İskəndərov İrlandiyanın Dublin şəhərində keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Kommunikasiya üzrə Tənzimləyicilər Şəbəkəsinin (EaPeReg) 21-ci plenar iclasınds iştirak edib.

19 ölkənin telekommunikasiya üzrə tənzimləyici qurumunun 50-dən çox nümayəndəsinin iştirak etdiyi iclasda, 2023-cü ilin birinci yarısında görülmüş işlər, Şəbəkə çərçivəsində yaradılmış işçi qrupların fəaliyyətləri, cair iş planlarına dair tədbir iştirakçılarına geniş məlumat verilib.

RİNN-in nümayəndələri tərəfindən tədbir iştirakçılarına Azərbaycanda yaradılan və tənzimləyici funksiyaları yerinə yetirəcək İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi barədə məlumat verilib. Azərbaycanın Şəbəkə ilə əməkdaşlığı çərçivəsində bu ilin sentyabr ayında Bakıda müvafiüq sahədə tənzimləmə məsələlərinə dair tədbirin keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “EU4Digital” heyəti ilə əldə edilmiş razılığa əsasən, şəbəkə vasitəsilə “EU4Digital” layihəsinin 1-ci fazasında icra edilən tövsiyə sənədlərinin geniş təhlili məqsədilə İKTA ilə əlavə görüşlərin keçirilməsi nəzərdə tutulur.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ilk dəfə internet operator və provayderlərinin nümayəndələri ilə görüşüb
22 may 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən bir sıra internet operator və provayderlərinin nümayəndələri ilə ilk dəfə dəyirmi masa ətrafında görüş keçirib.

Tədbirin məqsədi internet operator və provayderləri ilə internet telekommunikasiya sahəsində mövcud vəziyyəti müzakirə etmək və qarşılıqlı əməkdaşlığın yaradılmasına nail olmaqdır.

Tədbiri giriş sözü ilə açan İKTA-nın rəhbəri Nail Mərdanov bildirib ki, internet telekommunikasiya sahəsinin tənzimlənməsi, eləcə də buradakı xidmət bazarlarının təhlili və formalaşdırılması hər bir bazar iştirakçısı üçün şəffaflığın və ədalətli yanaşmanın təmin edilməsində mühüm rol oynayır.

Görüş İKTA-nın yaradılması və fəaliyyətinə dair təqdimatla davam edib.

İştirakçılara tənzimləyici qurumun fəaliyyətə başladığı qısa müddət ərzində gördüyü işlər barədə məlumat verilib. İnternet operator və provayderlərinin öz davamlı fəaliyyətlərinin təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları birgə müzakirə olunub. İnternet operator və provayderlərinin nümayəndələrinin sualları cavablandırılıb.

Nəzərə çatdırılıb ki, bu kimi görüşlər digər internet operator və provayderləri ilə də mütəmadi qaydada təşkil olunacaq.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Azərbaycan və Rusiya arasında rabitə administrasiyaları arasında TV, radio və digər yerüstü xidmətlərin koordinasiyası ilə bağlı iclas keçirilib
12 May 2023

Mayın 9-12-də Azərbaycan və Rusiya rabitə administrasiyaları arasında TV, radio və digər yerüstü xidmətlərin koordinasiyası ilə bağlı Quba şəhərində iclas keçirilib. İclasda Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA)Tənzimləmə departamentinin Radiospektr idarəçiliyi şöbəsinin müdiri Vüsal Süleymanov da iştirak edib.

İclas çərçivəsində sərhədyanı ərazilərdə FM radio yayım stansiyalarının tezlikləri və digər texniki parametrləri razılaşdırılıb, 700 MHs, 3.4-3.7 QHs və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən nəzərdə tutulan digər tezlik diapazonlarında yeni nəsil mobil rabitə xidmətlərinin təşkili müzakirə edilib. Eyni zamanda qarşılıqlı maneə təsirlərinin yaranmaması və keyfiyyətli mobil rabitə xidmətlərinin göstərilməsi üçün hər iki tərəfin mobil rabitə operatorları tərəfindən istifadə olunacaq mobil rabitə şəbəkələrinin texniki parametrləri razılaşdırılıb.

İKTA-nın nümayəndəsi EaPeReg-in genişzolaqlı internet üzrə ekspert işçi qrupunun Parisdə keçirilən iclasında iştirak edib
11 May 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov mayın 10-11-də Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Kommunikasiya üzrə Tənzimləyicilər Şəbəkəsinin qurumlarının müstəqilliyi və genişzolaqlı internet üzrə ekspert işçi qrupunun Parisdə keçirilən 14-cü iclasında iştirak edib.

Görüşdə Aİ-də genişzolaqlı internetin xərclərin azaldılmasına dair direktivə yenidən baxılması məsələsi, tənzimləyici qurumların müstəqil olmalarına dair tövsiyələrin icrasına nəzarət, beynəlxalq bağlantı sahəsində (beynəlxalq sualtı kabellərin) birgə əməkdaşlığın mümkünlüyü, Aİ Ölkələri Tənzimləyici Qurumlarının Birliyi (BEREC) ilə əməkdaşlıq məqsədilə Şərq Tərəfdaşlığı Tənzimləyici qurumlarının təklif etdiyi mövzulara dair onlayn görüşlərdə birgə iştirakı kimi məsələlər geniş müzakirə edilib.

İKTA-nın rəhbəri Dünya Bankının İqtisadi İnkişafın Qlobal İndikatorlar Qrupunun Varşavada keçirilmiş tədbirində iştirak edib
10 May 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbəri Nail Mərdanov və beynəlxalq əlaəqlər üzrə əməkdaşı Ravil İsgəndərov Dünya Bankının İqtisadi İnkişafın Qlobal İndikatorlar Qrupunun təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün “B-Ready” layihəsi üzrə mayın 8-9-da Varşavada keçirilmiş regional tədbirdə iştirak edib.

Tədbirin əsas məqsədi “B-Ready” layihəsi üzrə konseptual yanaşmanın təqdim olunması, yeni layihənin detallarının və indikatorlar üzrə metodologiyanın ətraflı izah olunması, yeni layihə barədə məlumatlılıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsi və bu sahədə müzakirələrin aparılması olub.

2021-ci ildən etibarən dərci dayandırılan Dünya Bankının "Doing Business" hesabatı “Business Ready” hesabatı ilə əvəzlənib. Yeni layihə ölkələrin biznes və investisiya mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslı yanaşmanı təmin edəcək. 2024-cü ilin yazında dərc olunacaq ilk buraxılışında "B-Ready" hesabatı 60 iqtisadiyyatı əhatə edəcəkdir. Növbəti 3 il ərzində hesabata 180 ölkənin daxil edilməsi nəzərdə tutulur.

"B-Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və yaxud yenidən təşkili mərhələlərini, eləcə də biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə kimi 10 mövzuya fokuslanacaq.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli, 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
İKTA-da Ulu Öndərin 100-illiyi münasibətilə xatirə stendi quraşdırılıb
5 May 2023
 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) inzibati binasının içərisində xüsusi xatirə stendi hazırlanıb. Stenddə Ulu Öndərin zəngin həyatını və titanik fəaliyyətini əks etdirən müxtəlif illərə aid şəkillər yerləşdirilib. Agentliyin İdarə Heyətinin sədri vəzifəsini m.i.e. Nail Mərdanov başda olmaqla əməkdaşlar Heydər Əliyevin xatirə stendi ilə tanş olublar. Tədbir iclas zalında davam etdirilib, xatirə şəkilləri çəkilib
İKTA-nın nümayəndəsi Ankarada keçirilən spektr monitorinqi üzrə seminarda iştirak edib
5 May 2023
İKTA-nın nümayəndəsi Elvin Abbasov 2-5 may tarixlərində  Türkiyənin paytaxı Ankarada spektr monitorinqi üzrə seminarda iştirak edib.  Aselsan və BTK əməkdaşlarının təşkil etdiyi 3-günlük seminarın məqsədi radioelektron avadanlıqlarla tanışlıq olub. Seminarda Aselsan-ın istehsal etdiyi radioelektron avadanlıqların və həllərin təyinatı, eləcə də istifadə sahələri və texniki spesikfiklyi barədə məlumat verilib.   
İKTA-nın nümayəndəsi Praqada EaPeReg-in Tezliklər üzrə Ekspert İşçi Qrupunun 15-ci iclasında iştirak edib
4 May 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) Tənzimləmə departamentinin Radiospektr idarəçiliyi şöbəsinin müdiri Vüsal Süleymanov mayın 2-4-də Praqada keçirilmiş Avropa Komissiyasının təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Ölkələrinin Elektrik Rabitəsi Tənzimləyiciləri Şəbəkəsinin Tezliklər üzrə Ekspert İşçi Qrupunun 15-ci iclasında iştirak edib.

İclasda Şərq Tərəfdaşlığına daxil olan ölkələrin tənzimləyici qurumların, eləcə də digər qurumların nümayəndələri 5G pioner zolaqların istifadəsi, 5G təhlükəsizlik alətləri, İMT şəbəkələrində xidmət keyfiyyəti və texniki ölçmələr, Aİ-yə üzv dövlətlərdə 5G şəbəkəsindən istifadəyə dair geniş təqdimatlar dinlənilib, müzakirələr aparılıb.

Bundan başqa, Azərbaycan tərəfinin təklifi ilə iclasın gündəliyinə daxil edilmiş Rəqəmsal Radio Yayımı (DAB+) texnologiyasının tətbiqində mövcud problemlər, analoq FM yayımında aktual vəziyyət, gələcək T-DAB yayımı, T-DAB planın yenilənməsi və s. barədə Slovakiya Elektrik Rabitəsi və Poçt Xidmətləri Tənzmiləyici Qurumu  tərəfindən  geniş təqdimat olub, dəyirmi masa ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, Çexiya və Macarıstan  Telekommunikasiya Birliklərinin mövzu ilə bağlı təcrübələrinə dair təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli, 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
İKTA nümayəndəsi ABŞ-da keçirilən keçirilən təlimlərdə iştirak edib
19 Aprel 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndəsi aprelin 12-19-də ABŞ-ın Vaşinqton və Dallas şəhərlərində radio giriş şəbəkəsi üzrə təlimlərdə iştirak edib.

Təlimlər spektrum idarəçiliyi, simsiz texnologiyaları tətbiqi, milli genişzolaqlı planların hazırlanması, milli kibertəhlükəsizlik strategiyalarını həyata keçirilməsi yönündə inkişaf etməkdə olan ölkələrin mütəxəssislərinə təlimlər keçirilməsi üzrə ixtisaslaşan ABŞ-ın USTTI qeyri-hökümət təşkilatı tərəfindən təşkil olunub.

İKTA nümayəndələri Moldovada keçirilən TAIEX seminarında iştirak ediblər
7 Aprel 2023

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri aprelin 4-7-də Moldovada keçirilən Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin (DESI) hesablanmasına dair Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) seminarında iştirak ediblər.

Seminarda Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadan 60-dan çox nümayəndə, 13 ekspert iştirak edib. 

Seminarın məqsədi proqrama üzv dövlətlərin nümayəndələrinə DESI üçün tələb olunan məlumatların toplanması ilə bağlı institusional şərtlərin yaradılmasına dair məsləhət verilməsi olub. Seminar çərçivəsində DESI üçün müvafiq göstəricilərin metodologiyaya uyğun əldə edilməsi, bu istiqamətdə Avropa İttifaqına üzv dövlətlərin təcrübələrinin öyrənilməsi, genişzolaqlı rabitə xərclərinin azaldılması direktivinin praktiki tətbiqi, tənzimləyicilərin müstəqilliyinə dair tövsiyələrin icrası kimi məsələlərdə əldə olunan nəticələr müzakirə olunub.

İKTA-nın nümayəndəsi Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə iştirak edib
9 Fevral 2023
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) ictimaiyyətlə əlaqələr üzrə meneceri Günel Əhmədova fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirdiyi “BƏƏ-də İnnovasiya 2023” adlı onlayn görüşdə iştirak edib. Görüşdə yeni yaradılmış tənzimləyici qurumun fəaliyyət istiqamətləri və gələcək planlarına dair görüş iştirakçılarına məlumat verilib.
İKTA və Dünya Bankının rəqəmsallaşma sahəsindəki ekspertləri arasında onlayn görüş keçirilib
Dekabr 2022
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) və Dünya Bankının ekspertləri arasında İKTA-nın çərçivələrinin müəyyən edilməsi layihəsinə dair onlayn görüş keçirilib. Bank və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəklədiyi layihə çərçivəsində telekommunikasiya sektorunda Tənzimləyici qurumun (İKTA) təşkilati və funksional strukturunun inkişaf etdirilməsi müzakirə edilib. Qeyd edək ki, Dünya Bankı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nə nail olmaq üçün bütün iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək verir.