- ● Nömrə resursu
Nömrə resursu rəqəmli, hərfi işarələmə və ya həmin işarələrin kombinasiyası, o cümlədən telekommunikasiya şəbəkəsinin və (və ya) onun qovşaq və ya son nöqtələrinin birmənalı şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və telekommunikasiya şəbəkəsində istifadəsi mümkün olan kodların (nömrələnmə variantlarının) məcmusu və ya onların bir hissəsidir.
- ● Nömrə resursundan istifadənin təşkili
Ölkə ərazisində nömrə resursunun tənzimlənməsi dövlətin müstəsna hüququdur. İstehlakçıların telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qaydalarda operatora, provayderə ayrılır. Nömrə resursu müqavilə bağlanmaqla ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Nömrə resurslarının ayrılması və istifadəsi qaydalarını, nömrələmə sistemi və planı, həmçinin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrini nəzərə almaqla RİNN müəyyən edilir.
- ● Məxsusiləşdirmə kodu
Məxsusiləşdirmə kodu operatorun, provayderin və abunəçinin müəyyənləşdirilməsi üçün tətbiq edilən rəqəmlər və (və ya) işarələrdir. Operator və provayderlər onlara ayrılmış nömrə resursundan abunəçilərinə məxsusiləşdirmə kodları verirlər.
- ● Nömrə daşınması
Nömrə daşınması ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi sellülar (mobil) nömrənin (nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə sellülar (mobil) xidməti göstərən mobil operatorun telekommunikasiya şəbəkəsindən çıxarılaraq, digər mobil operatorun telekommunikasiya şəbəkəsinə daşınmasıdır (keçirilməsidir).
- ● Nömrə resursu: İKTA-nın rolu
İKTA tənzimləyici qurum kimi nömrə resursunun planlaşdırılmasında və ayrılmasının təşkilində, eləcə də operatorlar arasında nömrə daşınmasının həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak edir.