📄
Telekommunikasiya istehlakçıları xidmət göstərən provayderdən, operatordan necə şikayət verə bilər?
Hər bir telekommunikasiya istehlakçısı hər hansı bir xidmətdən narazı qaldıqda, rəsmi olaraq provayderdən, operatordan şikayət edə bilər;
Hər bir xidmət göstərən provayder, operator ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edildikdə ən geci 30 iş günü müddətində telekommunikasiya istehlakçısının şikayətinə baxmalıdır;
Telekommunikasiya istehlakçısının şikayətini həll etmək xidmət göstərən provayderin, operatorun məsuliyyətidir;
Telekommunikasiya istehlakçısının şikayəti həll olunmasa, istehlakçı şikayətlə İKTA-ya müraciət edə bilər;