- ● Xidmət keyfiyyəti nədir?
İKT-dən geniş istifadə olunduğu bir rəqəmsal mühitdə xidmətlərin keyfiyyətinin təmin edilməsi olduqca mühümdür.
“Xidmət keyfiyyəti” telekommunikasiya xidməti istifadəçisinin bəyan edilmiş və nəzərdə tutulan ehtiyaclarını ödəmək qabiliyyətini müəyyən edən xüsusiyyətlərinin məcmusudur.
Xidmət keyfiyyəti göstəricisi xidmət keyfiyyətinin müəyyən bir məqsəd və ya məqsədə doğru əhəmiyyətli faktorları izləmək üçün istifadə olunan ölçülə bilən dəyərdir.
- ● Xidmət keyfiyyətinin qiymətləndirilməsi və tənzimləyici qurumun rolu
İKTA telekommunikasiya sahəsində keyfiyyətə nəzarəti həyata keçirir.
Azərbaycanda tənzimləyici qurumun yaradılması telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinin və keyfiyyət səviyyəsinə dair minimal tələblərin müəyyən edilməsini ən prioritet məsələlərdən birinə çevirib.
2023-cü ilin əvvəlindən başlayaraq, İKTA telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinə dair xarici tənzimləyici qurumların əldə etdiyi təcrübənin öyrənilməsinə başlayıb, bu sahədə geniş təhlillər aparıb.
Xidmət keyfiyyəti üzrə operatorların, internet provayderlərin fəaliyyətinin tənzimlənməsi, habelə telekommunikasiya xidmətlərinin keyfiyyətinin dəyişən şərtlər çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə İKTA “Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri haqqında Qayda”nın ilkin layihəsini hazırlayıb və razılaşdırmaq üçün aidiyyəti qurumlara təqdim edib.