- ● Radiospektrdən səmərəli istifadə
Azərbaycan Respublikasında radiospektrdən səmərəli istifadənin təşkili Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiqlənmiş "Radiotezliklərin ayrılması,
qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları” ilə tənzimlənir.
- ● Radiotezliklərdən səmərəli istifadəyə dair “Telekommunikasiya haqqında” Qanuna dəyişiklik
2023-cü ilin 4 fevralında Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə radiospektr idarəçiliyi sahəsində münasibətlərin effektiv formada tənzimlənməsi, təkmilləşdirilməsi, eyni zamanda radiotezlik spektrinin ayrılması və istifadəsində şəffaflıq, ədalətlilik prinsiplərinə riayət olunması, hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilib.
Yeni dəyişikliyə əsasən, ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq.
Həmçinin radiotezliklərdən istifadəyə dair bağlanacaq müqavilədə tərəflərin öhdəlikləri yeni qaydalara əsasən müəyyənləşdiriləcək. Müqavilə bağlandıqdan sonra istifadəçi tərəfindən öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda, eləcə də ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə radiotezliklərin ayrılması haqqında qərar ləğv ediləcək.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə “Maddə 362-3. Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi” barədə yeni maddə əlavə edilib. Həmçinin mövcud 363-cü maddənin adı dəyişdirilərək “Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsi” adlandırılıb, maddənin tərkib hissəsinə müvafiq əlavələr olunub.
- ● Radioelektron vasitələrin istifadəsi
İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər radiotezliklərdən və həmin radiotezliklərə
köklənmiş radoelektron vasitələrindən müvafiq qərar və radioelektron vasitələrinin istifadəsinə icazə
vərəqəsi olmadan istifadə edilməsinin qarşısının alınmasına, dövlət qeydiyyatından keçməmiş elektromaqnit
şüalanma mənbəyi sayılan radiorabitə vasitələrinin qurulmasına və istismarına, müvafiq icazə olmadan rabitə
şəbəkələrinə qoşulmağa, radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların istehsalına, əldə
edilməsinə, idxalına, istifadəsi və qeydiyyatı qaydalarının pozulması hallarının qarşısının alınmasına,
radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların mövcud qayda və qanunlara uyğun istismar olunmasına,
efir məkanının təhlükəsiziyinin təmin edilməsinə, qeyri-qanuni fəaliyyət göstərən subyektlərin inzibati
qaydada cəzalandırılmasına və onların belə əməllərdən çəkinməsinə şərait yaradacaq.
- ● Milli Tezlik cədvəli
“Azərbaycan Respublikasının radioxidmətləri arasında radiotezlik zolaqlarının ayrılması cədvəli” Beynəlxalq Telekommunikasiya İttifaqının Tezliklərin Bölgüsü Cədvəlinə uyğun olaraq hazırlanan, Azərbaycan Respublikası ərazisində bütün hüquqi və fiziki şəxslər üçün radioelektron vasitələrinin layihələndirilməsi, istehsalı, təkmilləşdirilməsi, idxalı və istismarı məqsədilə Azərbaycan Respublikasının radiorabitə xidmətləri arasında radiotezlik zolaqlarının bölgüsünü, o cümlədən mülki və ya xüsusi istifadə təyinatlı olmasını özündə əks etdirən sənəddir.
Milli tezlik cədvəlinə və Tezlik planlarına Buradan baxa bilərsiniz
- ● Radiospektrin perspektiv istifadə planı
Azərbaycan Respublikası Radiotezliklər üzrə Dövlət Komissiyasının 17 yanvar 2022-ci il tarixli iclasının 1 nömrəli protokol qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının radiotezliklər spektrinin perspektiv istifadə planı” Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyyələrinə əsaslanmaqla yeni radioəsaslı texnologiyaların inkişafının təmin edilməsi və radiospektrin səmərəli istifadəsi məqsədi ilə radiotezlik zolaqlarının perspektiv bölgüsünü əks etdirən sənəddir. Yüklə
- ● Radiotezlik spektrindən istifadəyə görə ödənişlər
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli KQ-10/22 nömrəli qərarı ilə Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması metodikaı təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidentininin 15 aprel 2022-ci il tarixində imzaladığı Qanuna əsasən Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx şəhərində imzalanmış Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilib.