- ● Radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsi və mühafizəsi
İKTA Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində və mühafizəsinin həyata keçirilməsində iştirak edir.
Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nömrəli qərarı ilə təsdiq edilib.
- ● Sərhədyanı ərazilərdə radiomonitorinqlərin təşkili
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhədyanı ərazilərində TV, radio və mobil rabitə şəbəkələrində aparılmış radiomonitorinqlərin nəticələrinə əsasn hər iki ölkənin Rabitə Administrasiyaları arasında 2023-cü ilin 9-12 may tarixlərində Quba şəhərində koordinasiya iclası keçirilmişdir. Görüşdə sərhədyanı ərazilərdə TV və FM radio yayımlarının mövcud vəziyyəti, DAB+ rəqəmsal radio yayımına keçidlə əlaqdar koordinasiya zonasında 174-230 MHs radiotezlik zolağından GE06 Sazişinə uyğun birgə istifadənin razılaşdırılması, koordinasiya zonasında 700 MHs radiotezlik zolağında TV yayımlarının digər kanallara keçirilməsi, eləcə də mobil rabitə şəbəkələrinin cari vəziyyəti, 5G mobil rabitə şəbəkəsinin tətbiqi üçün radiotezlik zolaqlarından istifadənin müzakirəsi və müvafiq texniki razılaşmaların əldə olunması təmin edilmiş, müvafiq qaydada ikitərəfli protokol imzalanıb.
Müzakirələrdə Azərbaycan Respublikasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Radiotezliklər İdarəsinin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin, Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin və mobil operatorların mütəxəssisləri təmsil ediblər.
- ● Radiomonitorinqlər üzrə dövlətlərarası komissiyalar
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunmuş razılaşmaya əsasən, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə 2023-cü ilin 2-5 İyun tarixlərində sərhədyanı bölgələrdə birgə radiomonitorinqlər keçirilib və radiomonitorinqlərin nəticələrinə əsasən 6-7 iyun tarixlərində Tbilisi şəhərində koordinasiya görüşü təşkil edilib. Məqsəd sərhədyanı ərazilərdə mobil rabitə şəbəkələrinin və televiziya-radio yayımlarının tənzimlənməsi, yeni texnologiyalara keçidlə əlaqədar radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınmasıdır. Müzakirələrin sonunda bir çox məsələlərlə bağlı razılıq əldə olunmuş, o cümlədən Azərbaycan tərəfinin BTİ-R tərəfindən təsdiq olunmuş 224 Nömrəli Qətnamədə (ÜRK-19) müvafiq dəyişikliklərin edilməsi təklifini Gürcüstan tərəfi dəstəkləmişdir. Görüşün nəticələrinə dair rəsmi protokol tərtib edilmiş və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır.Radiomonitorinq və müzakirələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.