Təcrübəçi-Sistem inzibatçısı
Namizədlərə dair minimal tələblər:
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Sahə üzrə təcrübə arzuolunandır;
- Azərbaycan dili sərbəst;
- Texniki səviyyədə ingilis dili biliyi arzuolunandır;
- Microsoft Ofis proqramları ilə işləmə bacarığı – Yaxşı səviyyədə;
- Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində üzrə ali təhsil;
- Magistratura pilləsində təhsil alan namizədlərin bakalavr pilləsi üzrə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır;
Texniki bacarıqlar:
- Əməliyyat sistemlərinin qurulması, konfiqurasiyası və idarə olunması üzrə fundamental bacarıqlar (Windows, əsasən də Linux bilikləri olması arzuolunandır) – Orta səviyyədə;
- Şəbəkə protokolları TCP/IP, DNS, DHCP, NAT, VPN və VLAN texnologiyaları haqqında biliklər – Orta səviyyədə;
- Virtualizasiya texnologiyaları (VMware, Hyper-V, VirtualBox) haqqında ilkin anlayışlar – Orta səviyyədə;
- Active Directory, Group Policy üzrə baza biliklər – Orta səviyyədə;
- Təhlükəsizlik və məlumat mühafizəsi üzrə baza biliklər (antivirus, firewall, şifrə siyasətləri) – Orta səviyyədə;
- Monitorinq və loq analiz vasitələri, nüsxələmə və bərpa prosesləri üzrə baza biliklər – Orta səviyyədə;
- Firewall texnologiyaları üzrə baza biliklər – Orta səviyyədə;
- Veb serverlərin qurulması və idarə olunması barədə baza bilikləri (Apache, Nginx, IIS) – Orta səviyyədə;
Digər bacarıqlar:
- Əməkdaşlıq – Yüksək səviyyədə;
- Məsuliyyətlilik – Yüksək səviyyədə;
- Təkmilləşməyə meyllilik- Yüksək səviyyədə;
- Problem həll etmə və troubleshooting bacarığı –orta səviyyədə;
- Öyrənməyə meyilli olmaq və yeni texnologiyaları sürətlə mənimsəmək-Orta səviyyədə;
- Fərdi və komandada işləmək bacarığı-Orta səviyyədə;
- Araşdırma aparmaq və məlumatları təhlil etmək bacarığı-Orta səviyyədə;
- Pozitiv və məsuliyyətli yanaşma nümayiş etdirmək-Orta səviyyədə;
Son müraciət tarixi: 19.05.2025