İqtisadi təhlil üzrə aparıcı mütəxəssis

Publik hüquqi şəxs statuslu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində* mövcud Xidmət bazarlarına nəzarət və istehlakçı hüquqları departamentinin İqtisadi təhlil şöbəsinə Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul ilə əlaqədar sənəd qəbulu elan edilir:

 

Namizədlərə dair tələblər:

  • İqtisadiyyat,maliyyə və digər əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • İqtisadiyyat,maliyyə və digər əlaqəli sahələr üzrə magistr dərəcəsi arzu olunandır;
  • 1-3 il iş təcrübəsi;
  • İngilis (əla), digər dil bilikləri əlavə üstünlükdür;
  • Stata, Eviews, R, MATLAB, Python, Power BI, SQL proqramlarından istifadə arzu olunandır;
  • CFA, ACCA, FRM sertifikatları arzu olunandır;
  • Office programlarında işləmək bacarığı – Yüksək səviyyədə;
  •  

Vəzifə funksiyaları:

  • İKT sektoruna aid statistikanın ölkə üzrə toplanılması, təsnifləşdirilməsi, və təkmilləşdirilməsi;
  • Müxtəlif elektron kommunikasiya (və ya İKT) bazarlarına dair bazar təhlili araşdırmalarını milli tənzimləyicilərin ən yaxşı təcrübəsinə və tənzimləməyə dair qanunvericiliyə uyğun aparılması;
  • İKT sektorunun iqtisadiyyatına dair tədqiqatların aparılması və rəqəmsal, model əsaslı metodlardan istifadə edilməklə proqnozların təqdim olunması;
  • İKT sektoru üzrə dövri qlobal, regional və ölkə səviyyələrində hesabatların hazırlanmasına köməklik göstərilməsi;
  • Həm daxili, həm də xarici benefisiarlar üçün İKT sektoruna aid müxtəlif mövzularda xüsusi hesabatların hazırlanması;
  • Müxtəlif maraqlı tərəflərlə, o cümlədən dövlət qurumları, özəl sektor, həmçinin beynəlxalq inkişaf institutları ilə qarşılıqlı əməkdaşlıq fəaliyyətinə töhfənin verilməsi;
  • Müxtəlif beynəlxalq platformalarda iştirak edilməsi;

 

Texniki bacarıqlar:

  • İqtisadi, statistik proqram təminatları ilə işləmək bacarığı – Orta səviyyədə;
  • Proqramlaşdırma bilikləri  (Python, R və ya digər) - Orta səviyyədə; 
  • Müsahibatlıq və maliyyə üzrə biliklər – Orta səviyyədə;

 

Digər bacarıqlar:

  • Əməkdaşlıq;
  • Məsuliyyətlilik;
  • Təkmilləşməyə meyillilik;
  • Analitik düşünmə - Yüksək səviyyədə;
  • Riyazi məntiq – Yüksək səviyyədə;
  • Araşdırma qabiliyyəti – Yüksək səviyyədə;
  • Hesabat hazırlamaq – Yüksək səviyyədə;
  • Təqdimat bacarıqları –Yüksək səviyyədə;

 

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər. Maraqlanan namizədlər öz CV-lərini www.icta.az saytına daxil olaraq Karyera bölməsinə keçid edərək uyğun vakansiyaya müraciət edə bilərlər.

 

*Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Agentlik informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir (Milli Tənzimləyici Qurum) və nizamnaməsi  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı (https://e-qanun.az/framework/52626) ilə təsdiq edilmişdir.

 

Son müraciət tarixi: 04.05.2025