- 1. Müsabiqəyə təqdim edilən yazılar minimum 10 min işarə olmalıdır.
- 2. Mövzuya aid olan suallar üzrə müvafiq qanunvericilikdən aidiyyəti maddə və ya bənd mətnə əlavə edilərək, onun şərhi, mövcud tətbiqi statusu və ya imkanları və s. bu kimi əlavələrin olması uyğun hesab edilir.
- 3. Qaliblərin qiymətləndirilməsi zamanı hər mövzu üzrə bütün sualların ikinci bənddə göstərildiyi kimi maksimum əhatə olunmasına diqqət yetirilir.
- 4. Müsabiqəyə təqdim edilən yazılarda əlavə mənbələrə istinadlardan istifadə qiymətləndirmədə əlavə üstünlük hesab edilir.
- 5. Müsabiqəyə təqdim olunan yazılar Azərbaycan, rus və ingilis dilində ola bilər.
- 6. Müsabiqədə qəzetlər, jurnallar, agentliklər və xəbər portallarında işləyən jurnalistlər, həmçinin elm, təhsil müəssisələrində işləyən əməkdaşlar, hüquq məsləhət şirkətlərində çalışan ekspertlər də iştirak edə bilərlər.
- 7. Müsabiqəyə təqdim edilən yazılar əvvəllər heç bir yerdə yayımlanmamalı, jurnalistlərin öz əməyinin məhsulu olmalıdır. Müsabiqə üçün hazırlanmış yazının dərc olunma hüququ İKTA-ya mənsubdur.
- 8. Müsabiqəyə təqdim edilən yazıların hər birində müəllifin adı və “Bu yazı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) elan etdiyi yazı müsabiqəsinə təqdim etmək üçün hazırlanıb” qeydi olmalıdır.
- 9. Hər bir iştirakçı müsabiqədə bir mövzu üzrə bir yazı ilə iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı 3 mövzudan birini seçə bilər:
- 1. Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri;
- 2. İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı;
- 3. İnternet xidmət keyfiyyətini müəyyən edən göstəricilər və sahə üzrə elektron xidmətlərin əlçatanlığı;
Mövzuları seçməzdən əvvəl mövzuya aid suallarla tanış olmaq mümkündür. Əsas elanda verildiyi kimi, mövzuya aid olan suallar üzrə müvafiq qanunvericilikdən aidiyyəti maddə və ya bənd mətnə əlavə edilərək onun şərhi, mövcud tətbiqi statusu və ya imkanları və s. bu kimi əlavələrin olması şərtdir.
Qiymətləndirmə Meyarları
- • Yazılar seçilmiş mövzuları və mövzular üzrə sualları tam əhatə etməlidir;
- • Müsabiqəyə təqdim edilən yazılar sadə və anlaşıqlı dildə yazılmalı, real faktlara əsaslanmalıdır. Təhlillər fərdi olaraq bazar subyektləri üzərində aparılmamalı, qanunvericilik çərçivəsinin tətbiqinin mövcud statusu və perspektivlərinin araşdırılması istiqamətində aparılmalıdır. Fərdi olaraq bazar subyektlərinin fəaliyyətinə yönəlmiş təhlillər müsabiqədən kənarlaşdırılacaq;
- • Müsabiqəyə təqdim edilən yazılarda mövzu üzrə yerli və beynəlxalq təcrübəyə istinad edilməsi üstünlük hesab ediləcək.
Təqdim ediləcək sənədlər
- • Medianın İnkişafı Agentliyi tərəfindən təsdiqlənən jurnalist vəsiqəsinin surəti (Jurnalistlər üçün);
- • MyGov üzərindən iş yerindən arayış;
- • Yayımlanan yazının linki və "Microsoft Word" faylında mətni.
Xatırladaq ki, İKTA ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb. Təhlilin aparılmasında bir sıra beynəlxalq reytinq cədvəllərinin indikatorlarından istifadə edilməklə araşdırma aparılıb. Ətraflı məlumat üçün buraya daxil olun.
Diqqət!
Hər bir iştirakçı 1 mövzu üzrə iştirak edə bilər. Hər bir mövzu üzrə 2 birinci yer (6), 2 ikinci yer (6) və 2 üçüncü yer (6) nominasiyaları iştirak edəcək. Ümumən 18 nominasiya üzrə mükafatlandırmanın olması nəzərdə tutulur.
1-ci yer üzrə 2 qalibdən biri jurnalistlərdən, 2-ci isə digər iştirakçılar seçiləcək.
2-ci yer üzrə 2 qalibdən biri jurnalistlərdən, 2-ci isə digər iştirakçılar seçiləcək.
3-cü yer üzrə 2 qalibdən biri jurnalistlərdən, 2-ci isə digər iştirakçılar seçiləcək.
Qalib pillə | Hər mövzu üzrə qalib sayı | 3 mövzu üzrə qalib sayı | 1 qalib üçün mükafat həcmi (AZN) |
---|---|---|---|
1 | 2 | 6 | 1500 |
2 | 2 | 6 | 1200 |
3 | 2 | 6 | 800 |
Müraciət sayı: 4
2 - Telekommunikasiya sektorunda tarif müəyyən edilməsi və rəqabətin pozulması zamanı cavabdeh qurumların hansı funksiyaları vardır?
3 - Hökmran mövqedə olan operatorlar və ya əhəmiyyətli bazar payına malik təchizatçılar üçün asimmetrik tənzimləmələr varmı? Hökmran mövqeni azaltmaq üçün hansı mexanizmlər nəzərdə tutulur, tətbiq olunur?
4 - Tənzimləyici çərçivə internet xidmətinin kəsilməsini məhdudlaşdırmağa yönəlmiş maliyyə çəkindirmə və ya həvəsləndirmə mexanizmlərini (məsələn, internet xidməti təminatçıları tərəfindən ödənilən kompensasiyalar və ya cərimələr və ya etibarlı xidmət təminatına görə mükafatlar) nəzərdə tuturmu? Əgər nəzərdə tutulursa, hansı maliyyə çəkindirmə mexanizmləri və stimullaşdırıcı tədbirlər mövcuddur?
5 - Telekommunikasiya infrastrukturu üçün ekoloji hesabatlılıq və məlumat açıqlığı standartları mövcuddurmu? (məsələn, enerji istehlakı, CO2 ekvivalentləri, bərpa olunan enerjidən istifadə, enerji intensivliyi, e-tullantı göstəriciləri və ya su istehlakı).
6 - Fərdi məlumatların mühafizəsi pozuntularına görə məsuliyyət və kompensasiya tələb etmək hüququ varmı, varsa hansı tərəflər məsuliyyət daşıyırlar?
7 - Qanunvericilikdə fərdi məlumatların mühafizəsinin pozulması ilə bağlı insidentlərin bildirilməsini müəyyən edən müddəalar varmı?
8 - Milli səviyyədə kibertəhlükəsizliyin koordinasiyasına cavabdeh olan qurum varmı, onun funksiyaları hansılardır?
9 - Qanunvericilik minimum kibertəhlükəsizlik standartları və kibertəhlükəsizlik təminatları verən kibertəhlükəsizliyin minimum müdafiəsini və ya mandatını müəyyən edirmi?
10 - Qanunvericilik irimiqyaslı kiberhücum və ya xidmətin əlçatanlığının pozulması halında insidentlərlə bağlı görülməsi planlaşdırılan tədbirlər üçün xüsusi iş rejimini müəyyən edirmi (hökumət orqanlarının iştirak səviyyəsi də daxil olmaqla)? Əgər varsa, tədbirləri və məsul şəxslərin səlahiyyətlərini müəyyən edən tənzimləyici çərçivənin tətbiq olunduğu kibertəhlükəsizlik təminatları hansılardır?
11 - Qanunvericilikdə nəzərdə tutulmuş hansı kibertəhlükəsizlik protokolları təcrübədə tətbiq edilir?
Müraciət sayı: 3
2 - Qanunvericilikdə internet xidməti provayderləri üçün magistral/paylayıcı şəbəkə infrastrukturu, eləcə də son mil infrastrukturu üçün dövlətə məxsus olan infrastruktura (yollar, dəmir yolları, qüllələr və su və elektrik xətləri kimi) bərabər çıxışı təmin edən müddəalar varmı?
3 - Qanunvericilikdə Passiv və Aktiv infrastruktura malik olan operatorlara "son mil üçün girişi" paylaşmaq öhdəlikləri nəzərdə tutan müddəalar varmı?
4 - Qanunvericilikdə şəbəkənin paylaşılmasına (local loop unbundling) və şəbəkəyə girişə zəmanət verən müddəalar varmı?
5 - Mövcud qanunvericilikdə infrastrukturun paylaşılması üçün tərəfdaşlığa (məsələn, fiber optik şəbəkənin artıq tutumunun icarəyə verilməsi kimi, infrastruktur, spektr icarəsi/paylaşılması, arabağlantı müqavilələri, şəbəkə genişləndirilməsinə birgə investisiya və ya digər könüllü bazar razılaşmaları) icazə verilirmi?
6 - İnfrastruktur məlumat bazası varmı? ((məsələn, “qazmadan əvvəl zəng et”, GIS (Coğrafi İnformasiya Sistemi))?
7 - Qazıntı işlərinə icazə üçün müraciətlər və təsdiqlərə dair qurumlar arasında əməkdaşlığı asanlaşdırmaq üçün koordinasiya mexanizmi varmı?
8 - Planlaşdırılan internet kəsintiləri (hökumət tərəfindən həyata keçirilən kəsintilər daxil olmaqla) ictimaiyyətə açıqlanır/müştərilərə məlumat verilirmi?
9 - İnternet provayderləri xidmət keyfiyyətini ölçmək üçün genderə görə ayrı-ayrılıqda müştəri sorğuları keçirirmi?
10 - Genderə görə ayrılmış müştəri sorğularında hansı məlumatlar soruşulur? Bu sorğu məlumatları anonimləşdirilirmi? Bu sorğu məlumatları onlayn olaraq ictimaiyyətə açıqlanırmı?
Müraciət sayı: 4
2 - Yeni internet qoşulmaları üçün vaxt məhdudiyyətləri müəyyən edən müddəalar varmı (məsələn, tikinti lisenziyaları və ya internet xidmətlərinin göstərilməsi lisenziyaları üçün)?
3 - Telekommunikasiya şəbəkələrinin və data mərkəzlərinin enerjidən istifadənin effektivliyi, bərpa olunan enerjidən istifadə və ya performans əmsalı (COP) kimi emissiyalar və ya enerji səmərəliliyi üçün hər hansı milli hədəflər varmı?
4 - İnternet təchizatının etibarlılığına və keyfiyyətinə nəzarət etmək üçün Əsas Fəaliyyət/Keyfiyyət Göstəriciləri (KPI) varmı? (endirmə/yükləmə sürəti, gecikmə, minimum fasiləsiz işləmə müddəti, ötürmə qabiliyyəti, jitter, bərpa müddəti və s.) Əsas Keyfiyyət Göstəriciləri (KPI) onlayn dərc olunubmu?
5 - Həyata keçirilən kommunal şəbəkə tikinti işləri (su, elektrik, telekommunikasiya və s.) üzrə məlumatların yer aldığı onlayn platforma və ya internet saytı varmı?
6 - Yüksək sürətli genişzolaqlı internet qoşulması üçün onlayn qoşulma tələbləri mövcuddurmu? Hansı qoşulma tələbləri onlayn dərc olunur?
7 - İnternetə qoşulma ilə bağlı şikayət etmək üçün müştəriləri yönləndirmək üzrə onlayn olaraq hansı məlumatlar mövcuddur?
8 - Müştərilərin internet xidmətlərinin göstərilməsi zamanı qarşılaşdıqları problemləri (məsələn, xidmət səviyyəsi müqaviləsinin icra standartlarının pozulması, ödəniş məsələləri, avadanlıqla bağlı problemlər və s.) bildirmək üçün şikayət mexanizmi mövcuddurmu?
9 - Şikayətlərə baxılma prosesini sürətləndirmək üçün internet provayderindən müstəqil şikayət mexanizmi varmı?
10 - Genişzolaqlı internetə qoşulma tariflərindəki dəyişikliklər barədə ən azı bir hesablaşma dövrü əvvəlcədən ictimaiyyətə məlumat verilirmi? (məsələn, mətbuatda, qaydalarda və ya vebsaytda dərc olunmaqla, məktublar, bildiriş hesabları, elektron poçt vasitəsilə)
11 - Son istifadəçilər üçün sabit genişzolaqlı internet tariflərinin tərkibini (detallı faktura) göstərən açıqlama ictimaiyyətə əlçatandırmı?
Sizin müraciətiniz artıq mövcuddur.
Sizin seçdiyiniz mövzu: